Müasir Televiziyalarda Xəbərlərin İnkişafı: "Xəbərdar"

Müasir televiziyalarda xəbərlər proqramının olması, yayımı və təqdimatı forma,üslub cəhətdən mütəmadi olaraq yenilənir

Müasir Televiziyalarda Xəbərlərin İnkişafı: "Xəbərdar"
```html

Müasir televiziyaların xəbər proqramlarının olması, yayımı və təqdimat forması, üslubu cəhətdən mütəmadi olaraq yenilənir. İllər öncəki xəbər proqramları ilə müasir dövrdə təqdim olunan xəbərlərin müqayisəsində oxşar cəhətlər çox azdır. Müasir xəbərlərdə vizual və audio effektlərə geniş yer verilir. Hədəf auditoriyaları, yayım prosesində istifadə olunan yeni texnologiyalar, tematik yayımda xəbərin qrafik həlli, data jurnalistikasının önəmi ilə yanaşı vizuallaşdırmanın televiziya xəbərlərində ilk tələb kimi ortaya qoyulmasına diqqət çəkilir.

Müasir televiziyalarda xəbərlərin təqdimatında vizual və audio effektlərə geniş yer verilməsi ilə yanaşı, qrafik həll də mühüm əhəmiyyət kəsb edir. Televiziya yayımında yeni texnologiyalardan istifadə xəbərin məzmununu daha anlaşılan edir, keyfiyyəti və təsir gücünü artırır. Müasir texnologiyalar yayımın keyfiyyətini il ə yanaşı, səmərəlliyini və interaktivliyini də artırır. Televiziya kanallarını izlədikcə, demək olar ki, bütün kanallarda xəbər proqramları var və xəbər proqramları TV kanallarının güzgüsü, simasıdır.

İllərin sinagından çıxmış, ölkənin ictimai-siyasi, iqtisadi, sosial və digər sahələrini işıqlandıran, gündəlik həyatda baş verənləri qıraqsız, operativ şəkildə çatdıran xəbər proqramlarının rolu böyükdür. Artıq özünə kifayət qədər auditoriya toplayan xəbər proqramlarından öyrəniləsi çox şeylər var.

Yenicə fəaliyyəti başlayan xəbər proqramlarından biri də MTV kanalında yayımlanan “Xəbərdar” proqramıdır. İ yarım müddətə etir çıxan “Xəbərdar” izləyicilərini gündəlik xəbərlərlə məlumatlandırır. Proqramda dövlət maraqlarının müdafiəsi ön mühüm sərtlərdən biridir. Bu, hər bir əməkdaşın qarşısında duran mühüm məsələyə çevrilir. Dövlətin, ictimaiyyətin maraqlarına xidmət etmək kimliyindən asılı olmayaraq, hamının borcu olduğu kimi “Xəbərdar”da da bu prioritet məsələdir.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar ciddi araşdırıldıqdan sonra yayımına qərar verilir.

Bu baxımdan ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşıda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şuurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətin aydınlanmasını tələb edir.

Yeni olmasına baxmayaraq, kiçik bir kollektiv ilə xəbərlər proqramlarının sırasına qoşulan, gün ərzində 3 dəfə yayımlanan “Xəbərdar”da Dövlət başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi fəaliyyəti, səfərləri, qəbul edilən qərarlar yayımlanır. İşğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, iqtisadiyyatımızda, sosial həyatımızda baş verən yeniliklər, dünya xəbərləri və mədəniyyət xəbərləri sıralanır.

Xəbər televiziyanın bel sütunudur. Yeni mövsümdə yeniliklər “Xəbərdar”dan da yan keçməyəcək. Efirə yeniliklərlə gələcəyik. Nəzərdə tutduğumuz yenilikləri izləyicilərimiz dərhal hiss edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qaygısı bizi də ruhlandırır və ölkəmiz, dövlətimiz, dövlətçiliyimizə azacıq olsa da, bu sahədə verdiyimiz töhfələrdən qürur duyuruq.

Fatimə Pasayeva
“Xəbərdar” proqramının baş redaktoru

```