"FHN-dən elektrik doldurma qurguları ilə bağlı xəbərdarlıq"

Fövqəladə Hallar Nazirliyinin elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

"FHN-dən elektrik doldurma qurguları ilə bağlı xəbərdarlıq"

Fövqəladə Hallar Nazirliyi elektrik doldurma qurgularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Arazmedia.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanda son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsinin genişlənməsi ilə əlaqədar elektrik doldurma qurgularının sayı da durmadan artır.

FHN, elektrik doldurma qurgularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydalara əməl edilməsinin vacibliyini vurğulayır. Qeyd edilir ki, bu normativlərin pozulması, yangın və digər təhlükəli halların baş verməsinə səbəb ola bilər ki, bu da insanların həyat və sağlamlığına ciddi zərər vura bilər.

Xüsusilə, çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrik doldurma qurgularının quraşdırılması zamanı müvafiq tələblərin nəzərə alınmaması, avadanlıqların yüklənməsinə uyğun olmayan kabel və avadanlıqların istifadəsi yangın riskini artıran amillərdir. Quraşdırma zamanı qaydalara uyğunluğu təmin etməmək, avadanlıqların artıqlaması ilə qızmasına, qısaqapanmaya və nəticədə yangınlar baş verməsinə yol aça bilər.

FHN, elektrik doldurma avadanlıqlarının texniki vəziyyətinin mütəmadi nəzarətdə saxlanılmasının vacibliyini də vurğulayır. Zədələnmiş kabel və avadanlıqların istifadəsi, nasazlıqların vaxtında aradan qaldırılmaması yangın təhlükəsini artırır. Doldurma prosesinin təhlükəsizlik tələblərinə uyğun aparılmaması da bu riski daha da yüksəldir.

Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi elektrik doldurma qurgularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxsləri, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Elektrik doldurma qurguları "Elektrik qurgularının quraşdırılması Qaydalari"na və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilən texniki şərtlərə uyğun quraşdırılmalıdır.

Bundan əlavə, cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusunun olduğu, tüstü və ya qeyri-adi səsin müşahidə olunduğu zaman elektrik doldurma qurgusundan istifadənin təhlükəli olduğunu unutmamalıyıq. Zədələnmiş, ucları açıq cərəyan keçiriciləri olan kabellərin istifadəsi, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə calaq etmək yolverilməzdir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!

Mənbə: FHN əhaliyə müraciət edib