Sabah Bakı və Abşeronda mülayim yağış gözlənilir!

Sabah hava necə olacaq? Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb

Sabah Bakı və Abşeronda mülayim yağış gözlənilir!

Sabah hava nec? olacaq?

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ara-sıra tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə ara-sıra yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə 60-70% təşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüzdən ara-sıra güclənəcək.

Sabah Azərbaycanın rayonlarında hava nec? olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağışların olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunmaqdadır. Axşam yağışların güclənməsi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə ara-sıra güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda isə gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Mənbə: Sabah Bakıya yağış yağacaq