"Qaradagda Prokurorluq İşiçilərinin Bayramı"
"Qaradagda Prokurorluq İşiçilərinin Bayramı"
Qaradag rayonunda 01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
Arazmedia.az xəbər verir ki, tədbirdə Qaradag Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Qaradag rayon prokuroru Fərid Nagiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları və Qaradag Rayon İcra Hakimiyyətinin kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Natiq Əliyev, prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. Natiq Əliyev prokurorluq orqanlarının dövlətçilik prinsiplərinin və qanunun aliliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, prokurorluq əməkdaşlarının üzərinə düşən əsas vəzifələrdən biri qanunçuluğun qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlıqla mübarizənin səmərəli təşkili və ictimai təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.
Azərbaycanda prokurorluq zəngin və səmərəli inkişaf yolu keçirərək müasir dövrün tələblərinə uyğun formada təşkil olunur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və prokurorluq sisteminin inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və onların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Tədbirdə çıxış edən Qaradag rayon prokuroru Fərid Nagiyev, prokurorluq orqanlarının qanunçuluğun möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətindən bəhs edib. Tədbirdə rayon prokurorluğunun fəaliyyəti ilə bağlı fikirlər söylənilib, əməkdaşların peşə fəaliyyətində göstərdikləri xidmətlər yüksək qiymətləndirilib.
Sonda Qaradag Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir sıra prokurorluq əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim olunub.
Mənbə: Qaradag rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

