"Lisenziyasız kosmetoloqların təhlükəsi artmaqdadır"

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb

"Lisenziyasız kosmetoloqların təhlükəsi artmaqdadır"
Son illərdə Azərbaycanda kosmetoloji prosedurlara tələbat artdıqca, bu xidməti göstərən "kosmetoloqlar" və estetik mərkəzlərin sayı da artmaqdadır. Bu artım, qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayının da artmasına səbəb olur. Xalq.-ın məlumatına görə, rəsmi statistikaya əsasən, ölkəmizdə son illərdə kosmetoloji prosedurlardan əziyyət çıxaranların sayı kifayət qədər artıb. Tibbi təhsili olmayan insanlar, sağlamlığı və gözəllikləri üçün vəd verərək, gigiyenik qaydalara riayət etmədən qeyri-qanuni prosedurlar həyata keçirirlər. Azərbaycan Respublikasının Qanununa əsasən, kosmetoloji üzrə özəl tibbi xidmətin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibbi fəaliyyəti üzrə lisenziyalasdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub. Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasında və profilaktikasında yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurlar nəzərdə tutulub. Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksiya prosedurları, mü different növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aiddir. Bu üsulların hamısı "kosmetoloji" işə aid olduğundan müvafiq iş üzrə özəl tibbi xidmətin göstərilməsi üçün lisenziya tələb olunur. Heç bir rəsmi lisenziya və sertifikatı olmadan kosmetoloji fəaliyyət göstərən sosial şəbəkədə kosmetolog Günel Muxtar adı ilə reklam edir. Aramızda araşdırmalarımız nəticəsində kosmetoloq Günel Muxtarın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında məlumat olmadığı və tibbi fəaliyyət haqqında sertifikasiyası olmadığı məlum olub. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o, heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir. Lakin fəaliyyət göstərdiyi Estetik Mərkəzi müştəriləri bu şəkildə aldatmaq üçün müxtəlif özəl qurumların sertifikatlarının olması və mərkəzə gələn pasiyentləri bu üsulla aldatması faktları təqdim olunan fotofaktlarla sübut olunub. Günel Muxtar müştərilərə dolgu və botoks, plazma terapiyası həyata keçirir. Bununla bağlı hətta sosial hesablarında məlumatlar və görüntülər yerləşdirilib. Günel Muxtar necə lisenziyası, sertifikatı olmadan bütün kosmetoloji prosedurlarını, hətta inyeksiyaları həyata keçirir? Məsələ ilə bağlı kosmetoloq Günel Muxtar ilə əlaqə saxladıq, əməkdaşımıza açıqlama vermək istəmədiyini bildirərək, "sizinl vəkilim əlaqə saxlayacaq" deyərək telefonu qapatdı. Lakin rəsmi mənbələrdə tibbi sertifikatı və lisenziyası olması barədə heç bir qeyd olmadığını bildirdikdə bununla bağlı lazımi qurumlara məlumat verilib deyildi. Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında aparılan araşdırmalardan yaymaq üçün artıq qanunsuz fəaliyyət göstərən "ixtisaslanmış həkimlər" və "kosmetoloqlar" sosial hesablarını bağlayır. XALQ.-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyətə aid olmadığı) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksiya prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aiddir. Bu tibbi müəssisələrdə praktiki tibbi fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoveneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. Istənilən pasiyent kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququna malikdir. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirilir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vatandaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazımi gəldikdə, planlaşdırılmayan yoxlama aparılması barədə qərar qəbul edilir. Məlumat üçün bildirək ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolgu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksiya prosedurları, hətta qanunsuz təlimlər həyata keçirilir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadəsi ilə bağlı məlumatlar var. Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Günel Muxtar haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub. Araşdırmalarımız davam edir. Xalq.online