C130 Təyyarəsi Gürcüstanda Qəzaya Uğrayıb

Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

C130 Təyyarəsi Gürcüstanda Qəzaya Uğrayıb

Dünən, 11 noyabr 2025-ci il tarixində, Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Arazmedia.az APA-ya istinadən xəbər verir ki, təyyarə Gəncə hava limanına eniş edib və 2 saat ərzində orada gözlənilib. Təyyarənin heyəti, hava gəmisi və hava limanının ərazisini tərk etməyib.

Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun olaraq bütün prosedurlardan və yoxlamalardan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeyd olunub.

Xəbərə görə, təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb. Sadəcə, F-16 təyyarələrinin ehtiyat hissələri daşınmışdır. Qəza baş vermiş təyyarə uzun müddətdir istismardadır və sonuncu dəfə 2020-ci ildı əsaslı təmir olunub. İlkin müşahidələr, təyyarənin korpusunda hər hansı kənar təsir izi olmadığını göstərir. Müqayisə üçün qeyd edək ki, Azərbaycana məxsus Embrayer-190 təyyarəsi 2024-cü ilin dekabrında qəzaya uğradıqdan sonra fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşikləri aşkar edilmişdi, bu da təyyarənin vurulması versiyasının müzakirə edilməsinə səbəb olmuşdu.

Qeyd olunmalıdır ki, C-130-un korpusunda kənar təsir elementlərinin olmaması, onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içində partlayıcı maddə və ya qurğunun olması və partladılması ehtimalını götürsək də, qəza baş vermiş təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı. İkinci bir ehtimal da mövcuddur ki, təyyarənin uzun müddətdir istismarda olması səbəbindən korroziya yaranmış və bu, havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi səbəb ola bilər. Bu cür hadisələr 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus "Herkules" təyyarəsinin məhz bu səbəbdən qəzaya uğraması ilə tanınır.

İkinci versiya isə yük təyyarələrinin daşınmalarında həyata keçirilən yüklərin müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilməməsi ilə əlaqədardır. Bu tələbin yerinə yetirilməməsi, turbilentlik və ya digər təsirlərdən yüklərin yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına səbəb ola bilər ki, bu da qəza üçün tam yetərli səbəbdir.

Bütün bunlar, hazırda sosial mediada yayılan bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir. Əslində, bunun üçün heç bir əsas da yoxdur, çünki təyyarənin qara qutusu qəzaların törədilmə səbəblərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti də bu məsələ ilə bağlı həssaslıq nümayiş etdirir.

Mənbə: Təyyarədəkilər Bakıda paradda iştirak edən F-16 texnikləri olub