"Agdamda Tender Qalibi: Ramin Göyüsov"

Agdam, Füzuli və Xocavənd Rayonlarında Tender Məlumatı
Agdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs "Agdam Kamp Otel" kompleksində ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə tenderin nəticəsini açıqlayıb. Müsabiqənin qalibi fiziki şəxs Ramin Göyüsov Xəlil oğlu seçilib və tərəflər arasında 154,544.64 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 30.06.2025-ci ildən dərc edilib. Müqavilənin icrası 24.06.2025-ci ildən başlayır və 20.11.2025-ci ildən bitir.
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 5 ay ərzində ofis binası və yataq otaqlarının hansı məqsədlə icarəyə götürməsi və ayda təxminən 30 min manat nələrin xərcləyəcəyi açıqlanmamışdır. Qeyd edək ki, bu Agdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs ilə fiziki şəxs Ramin Göyüsov Xəlil oğlu arasındakı ilk satınalma müqaviləsi deyil.
Ötən il, 17.07.2024-cü ildə Agdam səhrində inzibati binanın icarə xidmətinin satın alınması üzrə tenderdə bir münbədən satınalma metodu tətbiq edilməklə 72,000 manat məbləğində müqavilə bağlanılıb. Bu müqavilənin icrasına 11.07.2024-cü ildən başlanılıb və 11.01.2026-cı ildən bitəcək.
Bu məlumatdan göründüyü kimi, Agdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 11.01.2026-cı ilədək ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı müqavilə bağlayıb. Maraqlıdır ki, 24.06.2025-ci ildən başlayan və 20.11.2025-ci ildən bitən müqavilə hansı məqsədlə bağlanır?
Araşdırma zamanı məlum olub ki, fiziki şəxs Göyüsov Ramin Xəlil oğlu, Agdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə daha əvvəllər də içbirliyində olduğu "KÖRPÜ-BINA-TIKINTI" Mhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Xəlil Göyüsovun oğludur.
Xatırladaq ki, Agdam rayonu, Xidirli kəndinin sahədaxili mühəndis kommunikasiya sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və siklərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə Agdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 28.01.2025-ci ildən "KÖRPÜ-BINA-TIKINTI" MMC ilə 29,983,233.73 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Daha əvvəl isə "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs "KÖRPÜ-BINA-TIKINTI" MMC ilə Agdam rayonu, Xidirli kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə saquli planlaşdırma və söküntü işlərinin satın alınması üzrə 8,560,614.98 manat dəyərində müqavilə bağlamışdır.
"Körpü-Bina-Tikinti" MMC 17 sentyabr 2001-ci ildən dövlət qeydiyyatına alınmışdır. Nizamnamə kapitalı 300,000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüsov Xaliq Avdil oğludur. Xaliq Göyüsov, Xəlil Göyüsovun qardaşıdır. "Körpü-Bina Tikinti" MMC-nin əslində Xəlil Göyüsova məxsus olduğu iddia edilir.
Qeyd edək ki, Agdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycanın Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdur. O, bu vəzifəyə Prezident Ilham Əliyevin 07 mart 2024-cü il tarixli sərəncamı ilə təyin edilib. Daha əvvəl ləğv edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini daşımışdır.
Xatırladaq ki, Agdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılmışdır. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayidi ilə bağlı çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Quruma icraçı direktoru Məmədov Leysan Novruz oğludur. O, bu vəzifəyə bu ilin yanvarında təyin edilib.
Qeyd edək ki, Leysan Məmədov 14 fevral 2022-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyatında direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycanın Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Görünən odur ki, Leysan Məmədov əvvəlki vəzifələrində olduğu kimi burada da asan yolla pul qazanmağın yolunu tapıb. Dövlət Vergi Xidmətində hələ qeydiyyata alınmamış "Agdam Kamp Otel" kompleksində ofis binası icarəyə götürür. Dövlət vəsaitlərini hansı məqsədlərlə icarəyə götürdüyü otelə xərcləməsi də bəlli deyil.
Bir daha görünən odur ki, "Agdam Kamp Otel" in Agdamda iş adamı Xəlil Göyüsovun oğlunun adına tikilməsi həm də Agdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi ilə "Körpü-Bina-Tikinti" MMC işbirliyinin nəticəsidir. Yoxsa agdamlıların hələ doğma rayonlarına tam gedə bilmədiyi bir vaxtda Xəlil Göyüsovun burada oğlunun adına otel tikməsi başqa heç cür ola bilməzdi.