"Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evinə diqqət!"

Ələt qəsəbəsində yerləşən və Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Zaur Qurbanovun adını daşıyan Mədəniyyət Evi acınacaqlı durumdadır

"Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evinə diqqət!"

Birinci Qarabağ müharibəsi qəhrəmanı Zaur Qurbanovun adı ilə bağlı Mədəniyyət Evinin acınacaqlı durumu

Son dövrlərdə Zaur Qurbanovun adı ilə bağlı olan Mədəniyyət Evi, ciddi bir laqeydliklə üzləşib. Bu bina yalnız bir tikili deyil, eyni zamanda Birinci Qarabağ müharibəsində şücaətlə şəhid olan Zaur Qurbanovun xatirəsinə bir abidədir. Onun adı bir xalqın mədəniyyətini, tarixini və qəhrəmanlığını təmsil edir. Lakin bu gün bu mədəniyyət ocağının vəziyyəti, dözülməz bir mənzərə yaradır.

Bu məsələyə dair sosial mediada, cəmiyyətin müxtəlif təbəqələrində müzakirələr gedir. Lakin təəssüf ki, Milli Məclisin hörmətli deputatları bu prezdimentinə laqeyd qalmış, şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evinin dağılması, onlara təsir etməmişdir. Deputatların bu məsələyə susqunluğu, kamil bir millətin nümayəndələrinə yaraşmayan bir davranışdır.

Sual olunur: Niyə bu məsələ Milli Məclisdə gündəmə gətirilmir? Niyə ictimaiyyət qarşısında dilə gətirilmir? Bu suallar, xalqın sizə olan etimadını sarsıda bilər. Deputatlar, xalqın gözündə bir ümid simvolu olaraq dururlar, ancaq onlar bu ümidləri doğrultmaq əvəzinə, rahat kreslolarında susqunluğa üstünlük verirlər. Onların əsas vəzifəsi, xalqın narahatlıqlarını dilə gətirmək, müdafiə etmək və haqq səsini yüksəltməkdir.

Unutmayaq ki, Zaur Qurbanov yalnız birilət qəsəbəsinin qəhrəmanı deyil, bütün Azərbaycan xalqının qürurudur. Onun adı ilə bağlı mədəniyyət evinin dağılması, yalnız Zaurun xatirəsinə deyil, həm də milli dəyərlərimizə, qəhrəmanlarımıza və tariximizə qarşı bir hörmətsizlikdir.

Məsələyə dərhal diqqət yetirilməlidir. Biz tələb edirik ki, Zaur Qurbanov adına Mədəniyyət Evinin hazırki vəziyyəti dərhal araşdırılsın. Deputatlar bu məsələni Milli Məclisin gündəmində qaldırsınlar, icra orqanlarına müraciətlər etsinlər. Mədəniyyət Evinin təmiri və fəaliyyətinin bərpası üçün konkret addımlar atılmalıdır. Göründüyü kimi, bir şəhidin adını daşıyan bu məkana biganə qalmağın ağırlığı, notamalarımızın qorunmasından danışmaq hüququmuzdan sual doğurur.

Qeyd edək ki, susmaq – laqeydliyin, laqeydlik isə hörmətsizliyin başlanğıcıdır. Şəhidlərin ruhu qarşısında hər birimizin məsuliyyəti vardır. Bu məsuliyyətin fərqində olmaq, hər bir milli dəyərimizi qorumaq üçün əhəmiyyətlidir.

Hacıaga Qayibov

Mənbə: Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına – AÇIQ ÇAĞIRIŞ