SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4102_ceyhun-bayramov-turkiy-maarif-fondunun-s-drini-q-b

SİYASƏT

Hamısı

Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədrini qəbul edib

(2 Yil, 3 Ay öncə) 1,36 B İzlenme 0 Yorum
Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədrini qəbul edib

:   Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Ceyhun Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib.

Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük və ağrılı problemi olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək, qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyini hər zaman dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin bütün səviyyələrdə, o cümlədən Türkiyə xalqı tərəfindən nümayiş etdirilən həmrəylik və mənəvi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin sözdə deyil, əməldə “bir millət iki dövlət” olduğunun növbəti dəfə bariz şəkildə nümayiş olunduğunu söyləyib. Azərbaycanın dövlət başçısı tərəfindən qeyd edildiyi kimi, tərəflər arasındakı bu sıx münasibətlərin arxasında məhz doğru siyasətin dayandığı vurğulanıb.

Birol Akgün nəzakət qəbuluna görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. O, ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək, qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd etdi və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. B.Akgün iki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirdi. O, müharibədən sonrakı quruculuq və inkişaf dövrünə istinad edərək, bu xüsusda təhsil sahəsinin önəmini qeyd etdi. İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin gələcəkdə inkişaf etdirilməsi məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını bildirib.

Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

 

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı