SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2497_deputat-az-rbaycan-d-mir-yumruq-m-liyyatinda-qazan

SİYASƏT

Hamısı

DEPUTAT: Azərbaycan “Dəmir yumruq” əməliyyatında qazandığı Qələbənin paradını təntənə ilə qeyd etdi

(3 Yil, 4 Ay öncə) 836 İzlenme 0 Yorum
Azərbaycan “Dəmir yumruq” əməliyyatında qazandığı Qələbənin paradını təntənə ilə qeyd etdi

Dekabrın 10-da Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin nümayişini - Zəfər paradını təntənə ilə qeyd etdi. Zəfər paradı xalqımızın, dövlətimizin və bu Qələbədə böyük əməyi olan ordumuzun böyük qürur və sevincini tərənnüm edirdi. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu Zəfər haqqında çox yazılacaq, çox deyiləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.
Deputat bildirib ki, “Dəmir yumruq” əməliyyatında - Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Dövlətin başçısının vurğuladığı kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın nümayişi tarixi hadisədir. Zəfər paradında 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış və Şuşanın azad olunması zaman qaldırılan bayraqların gətirilməsi bizi ayrıca qürurlandırır.
Deputat qeyd edib ki, Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatına başladı. Ordumuz 30 ildir ki, işğal altında olan torpaqlarımızı bir-birinin ardınca, kəndəkənd, şəhərbəhər azad etməyə başladı. İşğaldan azad edilmiş kəndlərin, şəhərlərin, strateji yüksəkliklərin adlarının açıqlanmasını Ali Baş Komandanın öz dilindən eşitmək hər birimizə ayrı bir qürur hissi yaşadırdı, nisgildən əzilən ürəyimizə bir fərəhlik gətirirdi. Bu, qadın, kişi olmasından asılı olmayaraq, körpəsindən tutmuş böyüyünə kimi bizi səfərbər edirdi. Hamımızın qəlbində, ürəyində, dodaqlarında ancaq bir kəlmə vardı: Qarabağ Azərbaycandır! Bəlkə də il ərzində ən çox işlənən bu ifadə Azərbaycan xalqının şüarına çevrildi. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi əməldə, yəni 44 günlük Vətən müharibəsinin sonunda, döyüş meydanında öz təsdiqini tapdı. Noyabrın 8-də Qarabağın gözü, Xarı Bülbülün vətəni olan Şuşanın igid oğullarımızın düşmənlə əlbəyaxa vuruşmasından sonra azad edilməsi Vətən müharibəsinin taleyini həll etmiş oldu. Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən düşmən noyabrın 10-da təslim aktını imzalamağa məcbur qaldı. Həmin gün xalqımız küçələrə axışdı, sevindi, toy-bayram etdi. Çünki xalqımızın buna haqqı var idi. Bizi sındırmaq istəyirdilər, amma bacarmadılar.
İqbal Məmmədov deyib ki, noyabrın 8-i - Şuşanın azad edildiyi gün Azərbaycan xalqının tarixinə Zəfər günü kimi daxil oldu. Biz bu günü böyük qürur və şərəf hissi ilə qeyd edəcəyik. Azərbaycan tarix yaşayır və yazır. Biz öz gücümüzü düşmənə göstərdik, bütün dünya bizim nəyə nail olduğumuzu, necə xalq olduğumuzu gördü.
“Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyi həmişə dəyişməz olub”, - deyən deputat bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılmasına, eləcə də maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq arenada ölkəmizin nüfuzunun artırılması istiqamətində çox ciddi strateji addımlar atıb. Bu addımların arxasında şübhəsiz ki, milli maraqlar dayanıb: “Azərbaycan 27 sentyabrdan 10 noyabradək döyüşdə möhtəşəm Qələbə qazanıb. 10 noyabrda düşmən diz çökdü, Ermənistanın kapitulyasiyasına nail olduq. Məlum 10 noyabr Bəyanatından sonra isə Azərbaycan hərbi qələbəsini siyasi-diplomatik müstəvidə davam etdirdi. Biz ərazi bütövlüyümüzü bərpa etdik, 30 ilin sonunda Qələbəmizi qazandıq. İndi bizi qarşıda böyük işlər gözləyir. Biz Füzulini, Ağdamı, Cəbrayılı, Qubadlını, Zəngilanı, Kəlbəcəri, Laçını, Şuşanı abad etməli, gülüstana çevirməli, imkanlarımızı genişləndirməliyik”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı