SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4028_deputat-monitorinq-m-rk-zi-region-ucun-sulh-v-m-kd

SİYASƏT

Hamısı

Deputat: Monitorinq Mərkəzi region üçün sülh və əməkdaşlıq perspektivi baxımından mühüm əhəmiyyətə malikdir

(2 Yil, 3 Ay öncə) 1,04 B İzlenme 0 Yorum
Deputat: Monitorinq Mərkəzi region üçün sülh və əməkdaşlıq perspektivi baxımından mühüm əhəmiyyətə malikdir

ÜMİDTV:     Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması region üçün sülh və əməkdaşlıq perspektivi baxımından mühüm əhəmiyyətə malikdir. Çünki ATƏT-in Minsk qrupunun 30 ildə həll edə bilmədiyi münaqişəni Azərbaycan BMT TŞ qətnamələrini 44 gün ərzində yerinə yetirməklə həll etdi. Lakin müharibədən sonrakı dövrdə bölgədə vəziyyəti daimi nəzarətdə saxlayacaq xüsusi mərkəzə ehtiyac duyulurdu. Elə Ermənistanın imza atdığı kapitulyasiya sənədində bu barədə xüsusi qeydlər yer almışdı. Məhz 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatın 5-ci bəndinə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulurdu. Eyni zamanda, bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə edilmişdi. Nəticədə region üçün vacib olan həmin birgə mərkəzin qurulmasına nail olundu.
Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Monitorinq Mərkəzi regionda çoxşaxəli əməkdaşlıq üçün yeni imkanlar açır: “Heç şübhəsiz ki, fəaliyyətə başlayan Mərkəzdən gözləntilər çoxdur, çünki birgə monitorinq mərkəzinin əsas hədəfi müharibədən yenicə çıxmış regiondakı vəziyyəti nəzarətdə saxlamaq olacaq. Bu mənada düşünürəm ki, Birgə Mərkəz Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsinin, mümkün insidentlərin qarşısının alınmasının, həmçinin araşdırılmasının təmin edilməsi üçün effektiv nəzarət mexanizmi rolunu oynayacaq”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, hazırda bölgədə yeni geosiyasi reallıqlar yaranıb və 44 günlük müharibədən sonra regiondakı geosiyasi vəziyyət xeyli dəyişib: “Məhz bu kontekstdə Türkiyənin təmsilçilərinin azad olunmuş ərazilərdə xidmətə başlamasını yeni geosiyasi reallığın uğurlu nəticəsi kimi də qiymətləndirmək olar. Bu reallığı Prezident İlham Əliyevin praqmatik siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaradıb. Günü-gündən güclənən bu tərəfdaşlıq regionda yalnız təhlükəsizliyin deyil, sülhün də təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir”.
“Birgə mərkəzin yaradılması və aktiv fəaliyyətə başlaması Azərbaycan Prezidentinin irəli sürdüyü yeni əməkdaşlıq formatının reallaşması istiqamətində də növbəti uğurlu addımdır”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bölgə ölkələri regionda nəqliyyat dəhlizlərinin və arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaq, bununla da Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənəcək.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı