SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3827_iqor-korotcenko-pasinyan-erm-nistanin-son-m-glubiy

SİYASƏT

Hamısı

İqor Korotçenko: “Paşinyan Ermənistanın son məğlubiyyətinin bir rəmzidir”

(2 Yil, 4 Ay öncə) 1,17 B İzlenme 0 Yorum
İqor Korotçenko: “Paşinyan Ermənistanın son məğlubiyyətinin bir rəmzidir”

ÜMİDTV:          Ermənistanda daxili siyasi vəziyyət gərgin və mürəkkəb olaraq qalmaqda davam edir”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Məğlubiyyət həbinin Ermənistan cəmiyyəti üçün son dərəcə acı olduğu aydın məsələdir. Müxalifət Nikol Paşinyanı günahlandırmağa və onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Ancaq Paşinyan Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin yalnız bir rəmzidir. Əslində isə müasir Ermənistanın millətçiliyə və İrəvanın mərkəzi meydanlarından birində abidəsi ucaldılan, faşistlərlə əlbir olan Qaregin Njdenin nəzəriyyələrinə əsaslanan ideologiyası məğlub edildi. Paşinyan bu məğlubiyyətə görə məsuliyyət daşımır”, - o bildirib.

Ekspertin fikrincə, ermənilər üçün ən doğru qərar ölkələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpa etmək və “böyük Ermənistan” xülyasından imtina etməkdir: “Ermənistanın normal inkişafa, tərəfdaşları və qonşuları ilə diplomatik və iqtisadi əlaqələrin bərpasına ehtiyacı var. Yalnız dinc iş, ölkələrinin rifahı naminə yaradıcılıq işləri məğlubiyyət uçurumundan qalxmağa imkan verə bilər”.

“Ermənistan KTMT çərçivəsində Rusiyanın strateji müttəfiqidir. Ancaq Rusiya Ermənistana dotasiya ayıra, onu bəsləyə bilməz. Bu, suveren dövlətdir. Özü öz təhlükəsizliyini təmin etməli, vətəndaşlarını qorumalı və iqtisadiyyatı inkişaf etdirməlidir. KTMT çərçivəsində Ermənistan qarşısında başqa ölkələr qarşısında olduğu qədər öhdəliyimiz var, daha artıq heç nə yoxdur”, - İ.Korotçenko vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı