SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2196_-associated-press-ilham-liyev-azad-olunan-razil-ri

SİYASƏT

Hamısı

“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”

(3 Yil, 5 Ay öncə) 701 İzlenme 0 Yorum
“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, Kəlbəcər və nəhayət Laçın rayonlarının Azərbaycana təhvil verilməsi prosesinin başa çatmasını işıqlandırıb.

Nəşr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilər üzərində nəzarətin bərpasını “tarixi qələbə” adlandırıb və həmin ərazilərin dirçəldiləcəyinə söz verib.

“Biz hər birimiz bir arzu ilə yaşamışıq, indi biz bu arzunu həyata keçirdik. Biz döyüş meydanında və siyasi arenada qələbə qazandıq”, - ölkə başçısının bu fikirləri məqalələrdə yer alıb.

Nəşr həmçinin Azərbaycanın işğal illərində dağıdılmış şəhərləri və kəndləri bərpa etmək əzmində olduğunu və bu fikrin şəxsən ölkə başçısı İlham Əliyevin dilindən dəfələrlə söyləndiyini qeyd edib.

“Associated Press” eyni zamanda üçtərəfli bəyanatın Azərbaycan və Ermənistan cəmiyyətində necə qarşılandığına da diqqət yetirib. Nəşr qeyd edib ki, Azərbaycan xalqı üçtərəfli bəyanatı qələbə kimi bayram etdiyi halda, Ermənistanda çoxsaylı iğtişaşlar və etirazlar yaşanıb.

Ermənistan tərəfinin Kəlbəcəri qaytarmaq üçün əlavə 10 gün vaxt istəməsindən sonra Azərbaycana təhvil verilən ilk rayonun Ağdam olduğuna diqqət çəkən nəşr, xalqımızın bu ərazilərə qayıtmağa, dövlətin isə bu regionları bərpa etməyə hazır olduğunu qeyd edib.

“Biz tarixi ədaləti bərpa etmişik. Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək üçün hər şeyi edəcək”, - deyə “Associated Press” dövlət başçısı İlham Əliyevin fikirlərindən sitat gətirib.

Nəşrin dərc etdiyi məqalələrdə həmçinin Ağdam, Kəlbəcər və Laçını tərk edən ermənilərin yaşadıqları evlərdə və meşələrdə yanğın törətdiklərinə də diqqət çəkilib.

Həmçinin, işğaldan azad olunan rayonlardan olan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmağa can atmasına dair fikirləri əks olunub


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı