SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3062_rusiya-az-rbaycanlilari-onlari-secdi-sorgu

SİYASƏT

Hamısı

Rusiya azərbaycanlıları onları seçdi - SORĞU

(3 Yil, 4 Ay öncə) 613 İzlenme 0 Yorum
Rusiya azərbaycanlıları onları seçdi - SORĞU

ÜMİDTV:      Rusiya Federasiyasında fəaliyyət göstərən yenises.ru saytı 2020 ci ilin yekunlarına aid respondentlər arasında rəy sorğusu keçirib.
Sorğuda  iştirak edən respondentlərin 19 % iş adamı, 12% elm xadimləri, 27 % məmurlar, 31% tələbələr 11 % müxtəlif peşə sahibləridir.
Respondentlərin 54.2%  kişilər, 43.8% qadınlar təşkil edib.
Respondentlər sorğuya salınan 25 nəfər azərbaycanlıdan 5 nəfərini "İlin adamı” seçiblər:
1. İlham Əliyev – İlin adamı
2. İqbal Məmmədov –  İlin millət vəkili
3. Hikmət Mirzəyev – İlin vətənpərvəri
4. Hikmət Hacıyev –  İlin məmuru
5. Eyvaz Hüseynov – İlin icra başçısı
Yenises.ru portalının Moskva, Nijni-Novqorod və Samara vilayətlərində keçirdiyi sorğuda qaliblər əsasən bu kriteriyalar üzrə seçiliblər:
– Ilham Əliyev – 27 il davam edən Qarabağ münaqişəsinin həllində göstərdiyi qətiyyət, İkinci Qarabağ savaşındakı siyasi iradəsi, diplomatik və siyasi uğurları, eyni zamanda Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazanmasında Ali Baş Komandan kimi rolu əsas götürülüb.
– Iqbal Məmmədov – Vətən Müharibəsində arxa cəbhədə aktiv ictimai fəaliyyətinə, eləcə də, şəhid və döyüşçü ailələrinin sosial problemləri ilə intensiv məşğul olduğuna görə xidməti yüksək qiymətləndirilib. Rəyi soruşulanlar hesab edirlər ki, deputat İqbal Məmmədovun müharibə dövründəki fəaliyyəti digər həmkarlarına nisbətən daha müsbət qarşılanıb. Sorğuda iştirak edən respondentlərdən bəziləri qeyd edib ki, 78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədovun döyüşdə yaralanan əsgərlərlə maraqlanması, hətta bir yaralı əsgərin onun telefonuna ünvanlanan mesajına cavabı, onu diqqətdə saxlaması da təqdirəlayiq hal kimi xarakterizə olunub.
– Hikmət Hacıyev –  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar zamanı diplomatik əsgər kimi uğurlu döyüş yolu keçib. Yerli və xarici mediaya verdiyi tutarlı açıqlamalar, düşmənin təxribat xarakterli informasiyalarının qarşısının alınmasında ciddi rolu olub. Bir çox respondentlər onu "informasiya komandanı” kimi qeyd ediblər.
– Hikmət Mirzəyev – "Düşmənin qorxulu yuxusu” kimi xarakterizə olunan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandirinin fəaliyyəti də respondentlərin böyük marağına səbəb olub. Sorğu iştirakçıları Vətən müharibəsində general-leytenant Hikmət Mirzəyevin həm döyüşkən general, həm də vətənpərvər insan kimi cəmiyyətə aşıladığı ruh yüksəkliyinə görə seçdiklərini bildiriblər. Onlara görə, Hikmət Mirzəyevin rəhbərlik etdiyi XTQ-nin Şuşanın işğaldan azad olunmasında göstərdiyi misilsiz qəhrəmanlıq Azərbaycan hərb tarixinin şanlı səhifəsi kimi yaddaşlarda əbədi qalacaq.
– Eyvaz Hüseynov – Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsinin ilk günündən daima cəbhəyanı ərazilərdə, səngərlərdə olub, şəhid ailələrinə xüsusi diqqət göstərib, bütün şəhid dəfnlərində şəxsən iştirak edib, hər gün cəbhəyanı rayonlardakı xəstəxanalarda yaralılarla görüşüb. Rəyi soruşulan respondentlərin böyük əksəriyyəti onu daha çox ədalətli, vicdanlı məmur olmaqla yanaşı Qarabağ müharibəsinin mərd və cəsur döyüşçüsü kimi xarakterizə ediblər. Qeyd olunanlarla yanaşı Eyvaz Hüseynovun Vətən müharibəsinə əli silah tutan ailə üzvləri ilə (oğlu Vətən savaşında könüllü döyüşüb) qatılması respondentlərin diqqətindən yayınmayıb.
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı