SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3824_dayaniqli-iqtisadiyyat-qarabagin-m-d-ni-ictimai-in

SİYASƏT

Hamısı

Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfəsini verəcək

(2 Yil, 4 Ay öncə) 857 İzlenme 0 Yorum
Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfəsini verəcək


ÜMİDTV:     1982-ci ildə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi uzaqgörən siyasət məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Molla Pənah Vaqifin türbəsinin açılışı ilə bütün mədəniyyət və ədəbiyyat xadimləri ilə yanaşı, yaradıcı insanların da bir araya gəlməsini təmin etmişdi. 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunması, eləcə də bu ilin ilk səfərini regionun mədəniyyət mərkəzi hesab olunan Şuşaya etməsi, habelə yenidən Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərinin Şuşaya gətirilərək Şuşanın tarixi simasının bərpa olunması Ulu Öndər tərəfindən mədəniyyət tariximizin inkişafına göstərilən böyük diqqət və qayğının davamıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Deputat qeyd edib Ki, Prezident İlham Əliyevin söylədiyi kimi bu il Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalının və böyük tədbirlərin keçirilməsi ilə bağlı işlərin planlaşdırılması artıq Qarabağın həm də iqtisadi dirçəlişinin başlanmasıdır. Təsadüfi deyil ki, regionlara səfəri çərçivəsində məhz Şuşanın ardınca regionun ən böyük sənaye şəhərlərindən olan Sumqayıta səfəri Azərbaycanın dayanıqlı iqtisadiyyatının inkişaf etdirilməsi, habelə daxili tələbatın tam ödənilməsi istiqamətində vacib hesab olunan faktları ortaya qoyur.
“İşğaldan azad olunmuş torpaqlarımızın öz tarixi simasını bərpa etməsi dünyanın nüfuzlu beynəlxalq təşkilatların da bu bölgəyə olan marağını artıracaqdır. Xüsusilə ISESCO tərəfindən İslam dünyasının mədəni mərkəzinə çevrilməsi təklifi ona, eyni zamanda, müasir sima da qazandıracaq. Bu günədək Azərbaycanda multikultural dəyərlərə əsaslanan dünya forumlarının və musiqi festivallarının məhz Qarabağda təşkilinin planlaşdırılması “Qarabağ Azərbaycandır!” şüarının bir daha dünyaya çatdırılmasında əsaslı fəaliyyət olacaqdır. Son illərdə Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunmasında əldə etdiyi təcrübə gənclərin, könüllülərin, habelə cəmiyyətin bütün təbəqələrini əhatə edən mütəxəssislərimiz tərəfindən bu tədbirlərin də ən ali qiymətə layiq görüləcəkləri birmənalıdır. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın davamlı iqtisadiyyatının idarə olunmasında yeni zavodların, müəssisələrin açılmasında iştirakı sosial, iqtisadi və mədəni sahələrdə də dayanıqlı iqtisadi gücün olacağına əminlik yaradır. Vurğulamaq yerinə düşər ki, 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunub. Azərbaycanın da BMT-nin nümunəvi üzv dövləti olaraq elan olunmuş bu təşəbbüsə qoşulması işğaldan azad olunmuş ərazilərdə ardıcıl iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyəti daha da gücləndirəcəkdir. Bu da bir çox sahələrdə olduğu kimi elan olunmuş təşəbbüsün lokal modelinin digər dövlətlər tərəfindən öyrənilməsinə şərait yaradacaq. Beləliklə, mədəni-ictimai və davamlı iqtisadiyyat qarşılıqlı formada bundan sonra da Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə uğurla nail olmasında mühüm rol oynayacaq”, - deyə M.Əfəndiyev söyləyib.
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı