SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5615_soganla-sarimsagi-birg-yem-yin-dolmaya-qatiq-vurma

SAĞLAMLIQ

Hamısı

Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın – Tanınmış həkimdən tövsiyələr

(2 Yil, 11 Ay öncə) 16,60 B İzlenme 0 Yorum
Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın – Tanınmış həkimdən tövsiyələr

“Yemək süfrəsində zülal, karbohidrat və yağlar səhər, axşam, günorta yeməklərində mütləq olmalıdır. Şərt deyil ki, bir yemək zamanı hamısı olsun. Gün ərzində bunları bölüşdürüb yemək olar. Əsas da yağlara diqqət yetirməliyik. Bizim qidalanmamız elədir ki, daim zülal və karbohidrat qəbul edirik.
Bu zaman karbohidratlar yağlara çevrilir. Ən ciddi çatışmazlıq zülaldır. Çünki nə karbohidrat, nə yağ zülala çevrilmir, amma zülal hər bir şeyə çevrilir. Gündəlik 500 qram karbohidrat, 100-150 qram zülal, 70 qram yağ olmalıdır”
Tanınmış həkim, naturopat Füzuli Hüseynov bəzi ərzaqların birlikdə qəbulu zamanı baş verən problemlərdən danışıb:
"Hansı ərzaqları, qidaları birlikdə yemək olmaz? Məsələn, qızardılmış toyuq, ət və balıq məclislərdə, toyda birlikdə yemək olmaz. Adətən bunlar süfrəyə çox zaman eyni düzülür.Amma bir dəfədə yalnız bir cür ət yeyilməlidir. Balıq yeməyi yanında heç bir əlavə qarnir, pure, kartof lazım deyil, balığı tək yeyin. Soğanla yesəniz kifayətdir. Balıqdan öncə salat yemək məsləhət deyil. Balıqdan sonra şirniyyat yemək bədənə pis təsir etmir.
Süfrədə həm qatıq, həm sirkə, həm ədviyyatlar var. Bunları qarışdırmaq olmaz. Alma sirkəsi qatılan yeməyi qatıqla yemək olmaz. Qatığı çox yemək olmaz. Elə adam var az qala bütün yeməklərə qatıq əlavə edir. Bizdə adətdir, dolmanı qatıqla yeyirlər,amma mən dolmada qatıq istifadə etmirəm. Dolmadan sonra bir az yemək olar.
Soğanla sarımsağən da birlikdə yeyilməsi məsləhət deyil, həzmi pozur. Salatlara ikisi birlikdə vurulmamalıdır. Köp verir.
Müxtəlif tərəvəz və meyvələri birlikdə yedikdə ishal verir, qarın pozulur. Ümumiyyətlə, bir dəfəyə ancaq bir meyvə yeyin, qarışdırmayın . Məsələn, ərik, şaftalı, yemiş qarışdırılmamalıdır".


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı