Ədalət hüququn təməlidir. Dövlət idarəetməsinin əsas meyyarı ədalət üzərində qurulmalıdır. İdarəetmə meyyarının ədalətliliyi özünü ölkənin bütün sahələrində göstərməlidir. Xüsusən də ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyətində. Ölkənin bütün sahələrində dövlət idarəetməsinin ədalət prinsipi üzərində qurulması, o ölkənin inkişaf etmiş ölkə olduğuna dəlalət edən haldır.