SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4037_bmt-az-rbaycana-humanitar-d-st-k-m-qs-dil-2-milyon

SİYASƏT

Hamısı

BMT Azərbaycana humanitar dəstək məqsədilə 2 milyon ABŞ dolları ayırıb

(2 Yil, 3 Ay öncə) 944 İzlenme 0 Yorum
BMT Azərbaycana humanitar dəstək məqsədilə 2 milyon ABŞ dolları ayırıb

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

ÜMİDTV:   xəbər verir ki, noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, "ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq.” Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik."

Bu vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan Hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinə əsasında ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.

Bu günə kimi, BMT-nin Azərbaycandakı Ölkə üzrə İdarə Heyəti dövlət qurumları ilə birgə münaqişədən zərər çəkmiş bölgələrdə bir neçə ilkin ehtiyacların qiymətləndirməsi missiyasını həyata keçirib və aşağıdakı sahələrdə dəstək göstərib:

Səhiyyə: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondu, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan ailələrə fərdi qoruyucu vasitələr və təcili yardım dəstləri çatdırıb, həmçinin COVID-19 və münaqişəyə görə 60 tibb müəssisəsindəki gərgin iş yükünə baxmayaraq, ilkin səhiyyə xidmətlərinin davam etdirilməsini dəstəkləyib.

Sığınacaq və əsas dəstək ləvazimatı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, çadırlar və yorğan-döşək dəstləri daxil olmaqla qeyri-ərzaq mallarını almaq üçün 1,5 milyon ABŞ dolları ayırıb və hazırda nağd ianələr üçün 400 min ABŞ dolları toplayır.

Psixoloji-sosial dəstək: Müvəqqəti köçkün olan 40,000 insanın əksəriyyəti, xüsusilə uşaqlar, hədsiz stress və narahatlıq keçirib. Tibb işçilərinin ciddi çatışmazlığı və münaqişə bölgələrində psixoloqların olmamasını nəzərə alaraq, ÜST və UNİCEF xəstəxana və məktəblərdə mental sağlamlıq xidmətlərini dəstəkləmək üçün müvafiq təlimlər keçirir.

Ərazilərin minalardan təmizlənməsi: Münaqişədən zərər çəkmiş bəzi rayonlarda minalanmış və partlamamış hərbi sursatların olduğu ərazilərin miqyasını öyrənmək üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və təşkilatın Mina Əməliyyat Xidməti (UNMAS) ANAMA ilə birgə qiymətləndirmə missiyası həyata keçirib. Hazırda BMTİP, UNMAS və UNICEF mina riski barədə məlumatlılığı artırmaq, minalardan təmizlənmə strategiyasını dəstəkləmək və ANAMA-nın fəaliyyətini gücləndirmək istiqamətində Hökumətlə birgə fəaliyyət göstərirlər.

BMT-nin Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin idarə etdiyi CERF böhranlardan əziyyət çəkən insanlara kömək ütmək üçün ən çevik və effektiv yollardan biridir. Yarandığı gündən bəri bu Fond 104 ölkə və ərazidə yüz milyonlarla insana 6,5 milyard ABŞ dollarından çox yardım edib


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı