SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1714_prezident-dusm-n-r-zal-t-damgasi-il-yasayacaq

SİYASƏT

Hamısı

Prezident: “Düşmən rəzalət damğası ilə yaşayacaq

(3 Yil, 5 Ay öncə) 763 İzlenme 0 Yorum
Prezident: “Düşmən rəzalət damğası ilə yaşayacaq

ÜMİDTV:     Azərbaycan Ordusu erməni mifologiyasını, uydurmasını məhv etdi. Biz onları yerinə oturtduq. Bundan sonra onlar rəzalət damğası ilə yaşayacaq.

Bu sözləri Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, düşmən bizim qarşımızda diz çöküb:

“Düşmən rəzalət damğası ilə yaşayacaq, biz isə qürur hissi ilə yaşayacağıq. Azərbaycan müzəffər xalq kimi, yenilməz ordu, güclü, iradəli dövlət kimi yaşayacaq”.

Ölkə başçısı 44 gün ərzində müntəzəm olaraq müxtəlif dövlətlərdən gələn təzyiqlərə baxmayaraq, qazanılan möhtəşəm qələbənin xalqımıza yaraşdığını vurğulayıb:

“Bu qələbə bizim dövlətimizə, igid oğullarımıza yaraşır. Bu qələbə gücümüzü göstərdi. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaqdı, barışmadı da. 17 il ərzində mən demişdim ki, heç vaxt imkan vermərik ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağını demişdim. Mənim çıxışlarım hər yerdə var. Mən bü sözləri demişəm və dediyimə əməl etmişəm.

İşğalçıları torpaqlarımızdan qovmuşuq, ərazi bütövlüyümüzü bərpa etmişik, ikinci erməni dövlətinin yaranmasına imkan verməmişik və heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, mütərəqqi Azərbaycan dövlətində bütün xalqların, dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bizim erməni xalqı ilə işimiz yoxdu. Dəfələrlə demişəm ki, erməni xalqı görəcək ki, Azərbaycan rəhbərliyi altında onlar daha yaxşı yaşayacaqlar”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı