Sangçal Qəsəbə Mədəniyyət Evindəki Kreslo Davası
Səngəçal qəsəbə Mədəniyyət evində kreslo davası
Sangçal Qəsəbə Mədəniyyət Evindəki Kreslo Davası

Səngəçal qəsəbəsi Mədəniyyət evindəki kreslo davası...
Qaradağ rayonu Səngəçal qəsəbəsində "mədəniyyət" dedikdə insanların ağlına ilk öncə xalq musiqisi, teatr və kitabxana gəlmir, pul ilə iş düzəltmə bazarı gəlir. Söhbət Səngəçal qəsəbəsi Mədəniyyət evindən gedir - qapısı daim bağlı olan, içində yalnız bir direktor, bir köməkçi-mühasib və iki xadimənin çalışdığı müəssisədən. Direktor Fəridə Babayeva, əslində, "çalışdığı" sözünün müəyən qədər mübaligədir. Çünki direktor, işlə bağlı heç bir aktivlik göstərmir. Onun daha çox Bakıda qalması, Mədəniyyət evinə isə ayda bir-iki dəfə hava almağa gəldiyi müşahidə olunmaqdadır. Amma görünür, bu hava xeyli bahadır. Hətta, 3000-3500 manat arasında bir dövrü var... "İş düzəldən" Mədəniyyət evi?
AzFakt.com-a daxil olan məlumatda iddia olunur ki, Fəridə Babayeva bir neçə qəsəbə sakinindən iş düzəltmək vədi ilə qeyd olunan məbləğdə pul alıb. Ancaq alınan pulların bəzisi uzun-uzadı söz-söhbəttən sonra sahiblərinə geri qaytarılıb. İşgötürmə əməliyyatları direktor tərəfindən birbaşa deyil, daha "incə" yolla - köməkçisi Sevda xanımın vasitəsilə həyata keçirilir. Sevda xanım həm mühasibatlığa baxır, həm katiblik edir, həm də "kadrlar şöbəsi" funksiyasını yerinə yetirir. "Köməkçi"yə vəd olunan kreslo
Deyilənə görə, direktor 3-4 aydan sonra pensiyaya çıxacağı səbəbindən Sevda xanımı inandırıb ki, tezliklə onun kreslosuna məhz o əyləşəcək. Kreslonun dəyəri nə qədərdir, bilinmir, amma görünür, bu kreslonun arxasında xeyli pul, söz və vəd var. Qapısı bağlı Mədəniyyət evi, bəs içində nə var?
Qəsəbə sakinlərinin bildirdiyinə görə, mədəniyyət evinin qapısı daim bağlı olur, burada nə tədbir var, nə təmir, nə də fəaliyyət. Ancaq "gizli fəaliyyət" kifayət qədər aktivdir - pulla vəzifə vəd etmək, sonra isə bu vədin "təbii qanunları" ilə buxarlanması. Maraqlı sual isə budur: bu mədəniyyət evi nə işə yarayır? Tədbir keçirilmir, mədəniyyət təşviq olunmur, əməkdaş yoxdur, direktoru tapmaq olmur. Bəlkə də bu bir eksperimental layihədir – "iş görülmədən maaş alma modeli". "Kristal" və bölüşdürülən pullar
İddialara görə, direktorun arxasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsində "kristal edən" şəxslər dayanır. Çünki xanım direktor bir neçə yerdə bu barədə ağzından söz çıxarıb. Hansi ki, Baş İdardakı "birlik zəncirində" konkret adlar da çəkilir. Amma onların dəqiqləşdirilməsi və ictimailəşdirilməsi növbəti sorğuların cavabından sonra aşkar olunacaq. Görəsən, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev bu "mədəni dram"ın ssenarisindən xəbərdardımı? Yazıda adı keçən şəxslərin fikirlərini dərc etməyə hazırıq.