"Okuklu Holdinqdə dolandırıcılıq iddiaları"

Türkiyənin Okuklu Holdinqi bir neçə ildir Azərbaycanda da fəaliyyət göstərir. Son zamanlarda onların bəzi əmirlərindən şikayətlər olunur. Rəhbərləri Yilmaz Okuklu, bəzi işçiləri ilə əlbir olaraq Azəbaycan vətəndaşlarının pulunu mənimsəmək, onları aldatmaqla məşğuldur. Bu Yilmaz, bəyən vətənimiz Qarabağ qazilərindən ibarət Azərbaycan amputant futbol komandası Türkiyədə olarkən, keçmiş daxili işlər naziri Süleyman Soylu tərəfindən komandaya verilmiş avtobusun açarlarını əlində saxlayaraq sərhəddən keçirməyə qoymamışdı.
Vətəndaşımız Rövsan Bəsirov Azərbaycanda yerləşən Okuklu Holdinqdən məhsullar sifariş edib və bunun müqabilində şirkətin təmsilçisi Elşən Nəhmətova müəyyən miqdarda pul ödəyib. Vəd olunan vaxt yetib, lakin Rövsan Bəsirovun sifariş etdiyi mallar gətirilməyib. Hər dəfə əlaqə saxlayıb soruşduqda isə müxtəlif səbəblər bildirilib.
Ancaq nəticədə, pulu ödənmiş məhsullar ünvanına çatmayıb. Belə olan halda Rövsan Bəsirov Okuklu Holdinqin rəhbəri Yilmaz Okukluya müraciət edib, məsələni danışıb. Yilmaz Okuklu isə bu məsələdən xəbərdar olduğunu, malın tez bir zamanda çatdırılacağını söyləyib. Amma yenə də nə mal çatdırılıb, nə də pulu qaytarılıb.
Üç gün keçəndən sonra Rövsan Bəsirov yenidən Yilmaz Okuklu ilə əlaqə saxlayıb. Bu dəfə holdinq rəhbəri bildirib ki, şirkət adından sövdələşmə aparan əməkdaşı işdən azad edib. Çünki camaatı aldadıb. İndi maraqlı vəziyyət yaranıb; Yilmaz Okuklu deyir ki, işçim müştəriləri aldadır, amma heç bir tədbir görmür. İşdən çıxartmaqla məsələ həll olunmur. İşçi də dələduzluq edibsə, müştəriləri aldadıbsa, onunla bərabər şirkət də məsuliyyət daşıyır.
Cənab Okuklu özü bu fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət etməli, sifarişçilərə dəymiş ziyanı ödəməlidir. Yilmaz bəy, isə çalışır ki, şikayətdə adı keçməsin. Bundan sonra da yaxasını kənara çıxarıb zərərçəkənlərə kömək etməyib. Deməli, bu bir oyundur; pulu alıb mənimsəyirlər. Sifarişçi maliyyə istəyi zamanı deyir ki, "işçim dələduzdur, şikayət et," amma adı çıxmayıbdır, sərfəli olur, yardıma da gəlmir.
Sonra şikayətdə adının yazılmadığını düşündüyü üçün yaxasını kənara çəkir. Deyir, "get kim istəyirsə, müraciət et." Şikayətçi Rövsan Bəsirov bildirir ki, bu barədə polisə müraciət edib. Lakin polisdə də əraziyə uyğun problem yaranıb. Abşeron polisindən işin Binəqədi polisi aid olduğunu deyirlər. Binəqədi polisi də bunun əksini söyləyir.
Üstəlik, polis bu məsələnin mülki iş kimi qələmə verməyə çalışır. İndi ümid yalnız Daxili İşlər naziri cənab Vilayət Eyvazov və Baş prokuror cənab Kamran Əliyevə qalır. Xahiş edirik ki, bu məsələni nəzarətə götürüb tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin edəsiniz.
Azərbaycanın müvafiq qurumları Ankara-Bakı münasibətlərinə zərbə vurmağa çalışan "OKUKLU HOLDİNQ" barəsində müəyyən ölçü götürəcəklər.
Sima Babayeva
Teref