Az?rbaycan Ordusunun Qüdrəti və Qələbəsi!

Azərbaycan xalqının dövlətçilik tarixində ordu quruculuğu ən mühüm və şərəfli səhifələrdən birini təşkil edir

Az?rbaycan Ordusunun Qüdrəti və Qələbəsi!
Azerbaycan Ordusu

Azerbaycan Ordusunun Tarixi və Rolu

Azərbaycan xalqının dövlətçilik tarixində ordu quruculuğu mühüm və sərfli səhifələrdən birini təşkil edir. Milli ordunun yaradılması, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında həlledici rol oynamışdır.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Cümhuriyyət hökuməti qısa ömür sürməsinə baxmayaraq, ordu quruculuğu sahəsində mühüm və tarixi əhəmiyyətə malik addımlar atmağa nail olmuşdur. Hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu xüsusi Azərbaycan Korpu adlandırıldı və bununla da ilk nizami hərbi hissənin əsası qoyuldu. Bu qərar, milli silahlı qüvvələrin formalaşdırılması istiqamətində atılan ilk mühüm addım kimi tarixi düştü.

Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar, ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan, ciddi təhlükələrlə, o cümlədən Ermənistanın hərbi təcavüzü ilə üzləşmişdir. Bu ağır bir dövrdə, xalqın çağırışı ilə hakimiyyəti ələ alan Ulu Öndər Heydər Əliyev, nizami ordu quruculuğu prosesinə start verdi.

1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyev, qısa müddətdə ölkədə sabitlik yaratdı və Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində sistemli islahatlara başladı. Peşəkar zabit heyətinin hazırlanması, hərbi hissələrin intizaminin gücləndirilməsi, texniki və maddi təminatın yaxşılaşdırılması ordu quruculuğunun əsas istiqamətləri oldu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı və bu mərhələdən sonra Azərbaycan Silahlı Qüvvələrinin formalasması daha da sürətləndi.

Ulu Öndərin dediyi kimi: "Biz müstəqil dövlətiq. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir." Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Son illərdə qəbul edilmiş qərarlar və ardıcıl atılan inamlı addımlar nəticəsində Azərbaycan Ordusu müasir dövrün tələblərinə cavab verən, güclü hərbi quruma çevrildi.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri, xalqın birliyini, dövlətin gücünü və illərlə qurulmuş ordu sisteminin sarsılmazlığını nümayiş etdirdi. Bu gün müasir, nizami və yüksək döyüş qabiliyyətinə malik ordumuz yalnız ölkənin müdafiə qalası deyil, həm də dövlətçiliyimizin simvolu və qürur mənbəyidir.

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun hər bir əsgərini, zabitini, bütün şəxsi heyətini və veteranlarımızı ürəkdən təbrik edirik. Vətənə xidmət - hər bir azərbaycanlının şərəfli vəzifəsidir. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycan Ordusu sarsılmaz iradəyə, yüksək döyüş hazırlığına və Vətənə sonsuz sadiqlik sahib olduğunu sübut etmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri, bu gün yalnız regionun deyil, bütün Türk dünyasının fəxr etdiyi bir güc mərkəzinə çevrilmişdir. Istər texniki təminat, istərsə də peşəkar hazırlıq baxımından ordumuz müasir hərbi standartlara tam cavab verir. Ordumuzun qüdrəti Azərbaycanın suverenliyini və təhlükəsizliyini etibarlı şəkildə qorumaya imkan verir.

Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə səfa, ordumuzun bütün heyətinə isə güc, ruh yüksəliyi və uğurlar arzulayırıq.

Yaşasın Azərbaycan Ordusu!