Güclü külək və intensiv yağışlara diqqət!

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib. Məlumatda qeyd olunur ki, yaxın günlər ərzində bəzi ərazilərdə güclü küləklə birgə aralalı yağışlar yağacağı proqnozlaşdırılır. Yağışların ayr-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısa müddətli sel və daşqın keçəcəyi bildirilir.
FHN müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur. Eyni zamanda, elektrik dirəkləri və naqillərinin, yüksək ağacların altında dayanmaqdan çəkinmək lazımdır. Güclü küləyin meydana gətirdiyi yanğınların söndürülməsində çətinliklər yarandığı üçün küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi diqqət yetirilməlidir.
İntensiv yağışların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliklərə qalxmaq tövsiyə edilir. Həmçinin, ildirimlə bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətləri, ildirim ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq vacibdir. Hündür ağacların altında daldalanmamaq və mümkün ölçüdə çökək yerləri seçmək tövsiyə edilir.
Avtomobildə olduqda isə, sürəti dayandıraraq, sükanın buraxılmasını gözləmək lazımdır ki, ildirim təhlükəsinin sona çatdığını anlayasınız. FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək, küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Unutmayın ki, təhlükəsizlik qaydalarına biganəlik, həyatımıza ciddi təhlükə yarada bilər. Hər hansı təhlükə zamanı 112-yə zəng etməyiniz xahiş olunur!