"Ramiz Əliyevin İcra Hakimiyyətindəki Oyunları"

Qarşıdan gələn bələdiyyə seçkiləri bu Kürsünün “dadı damağında qalan” bir çox hazırkı bələdiyyə sədrlərini hərəkətə gətirib

"Ramiz Əliyevin İcra Hakimiyyətindəki Oyunları"

Qarsidan gələn bələdiyyə seçkiləri, bu kürsünün "dadi damaginda qalan" bir çox hazırki bələdiyyə sədrlərini hərəkətə gətirib. İllərdir kağız üzərində "tər töküb" sərvətlər toplayan sədrlərin bir qismi vəzifə borclarını unudub, bir qismi isə ümumiyyətlə vəzifə səlahiyyətlərinin nələrdən ibarət olduğunu bilmir.

Torpaq satmaq, küçələrə xirda daş səpib "küçə təmiri" adı altında hesabdan pul silmək, bələdiyyəyə aid olan - olmayan ərazilərdən vergi toplamaq, ölü yaxınlarına məzar yeri satmaq və digər işlərlə özünə sərvət yığan sədrlər bu gün "ölüm yandı"da imza toplamaqla məşguldurlar. Təbii ki, bütün bu məsələlərdə onların ən böyük "yardımçıları və himayədarları" aid olduqları rayonların icra başçılarıdır. Məhz bu səbəbdən, yerlərdə bələdiyyə sədrlərinin böyük əksəriyyəti icra başçısının yaxın adamları olurlar.

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlhəm İsmayılovun kirvəsi olduğu deyilən, şəhər bələdiyyəsisinin sədri Ramiz Əliyevdir. Xatırladaq ki, bir müddət əvvəl haqsız yerindən azad edildiyini deyən keçmiş bələdiyyə üzvü Fərhad Abdullayev adlı şəxs mediaya məktubunda Ramiz Əliyevin yazıb-oxumağı belə bacarmadığını, şəhərin "Əli qəbristanlığı" deyilən böyük qəbristanlığında köhnə qəbr yerlərini belə satısa çıxardığını, bütün iclaslarında onu bələdiyyə sədri vəzifəsinə gətirdiyi üçün icra başçısına təşəkkür etdiyini iddia edirdi.

Qanunla seçki – səsvermə yolu ilə güya seçilən bələdiyyə sədri İlhəm İsmayılova təşəkkür etdiyi barəsində deyilənlər isə onun bu vəzifə üçün nə dərəcədə uyğun biri olduğunun açıq nümunəsi idi. İdman müəllimliyindən icra başçısının müavini vəzifəsinə qədər qalxan Ramiz Əliyevin həmin vəzifədən o zamanki icra başçısı Niyazi Bayramovdan xəbərciz məktəblərdən "xərc" topladığına görə qovulduğu deyilir. O, "gəlisi ilə ona gün çıxaran" kirvəsi İlhəm İsmayılovun sayəsində yenidən vəzifə kürsüsündə olmağı xosbəxtliyinə nail olur.

Bütün istedad və bacarıqlarını səfərbər edərək, qarsidan gələn bələdiyyə seçkilərinə hazırlıq görən sədrlər 2020-ci illərin "yeni piyar metodunu" da göz ardı etməyib. Şəhidin anası ilə adı belə bilinməyən şəhidin məzarı önündə fotosessiya edib, reportaj hazırlatdırmaqla cəmiyyət arasında güya "hər zaman onlara diqqət və qayğısını əsirgəmədiyi" fikrini aşılamağa çalışır.

Amma, artıq gecdir, Ramiz müəllim. Sizin önünüzə qalxan kimi verdiyiniz şəhid ailələrinə diqqətiniz, "avara" dediyiniz canlı şəhid – müharibə veteranına qarşı münasibətinizi bəlidir. Bu işlər ört-bastır etdiyiniz avtomobil qəzalarına bənzəyir, hər halınızdan, hər kəlmənizdən büruzə verir.

Redaksiyamıza yerli sakinlər tərəfindən verilən məlumata görə, indi də Ramiz Əliyev üçün "ölüm yandı" imza toplanır. Belə ki, yerli icra hakimiyyətləri tərəfindən bütün seçkilərdə və tədbirlərdə işi bahasına "ölüm buyruqçusu" yerinə qoyulan kommunal işçiləri bu dəfə də Ramiz Əliyev üçün imza atmağa məcbur edirlər. Sakinlərin sözlərinə görə illərdir nəinki sakinlərə heç bir xeyri dəymədiyindən, hətta insanlarla kobud və özündən razı davranışlardan narazı olduqları üçün imza atmaq istəməyən kommunal işçiləri, kirvənin ömüründən çıxmağın, onlar üçün işlərini itirmə bahasına başa gələcəyindən qorxduqları üçün, "ağanın ömrü ilə dərəyi sürməyə" vadar edilirlər.

İlhəm İsmayılovun kirvəsi üçün göstərdiyi səylərin nəticəsi yanvar ayının 20-dən sonra bəlli olacaq. O zamana qədər biz Ramiz Əliyevi bugünkü fəaliyyəti ilə silsilə məlumatları təqdim edirik, həm Mingəçevir sakinləri, həm də aidiyyatı qurumlarla tanış etməkdə davam edəcəyik.

Yerim gülməsin, bir zamanlar barəsindəki məlumatlarla bağlı mövqe bildirməkdən yayınan, həqiqətləri dərc etdiyimizə görə bizi məhkəmə ilə hədələyən bələdiyyə sədri barəsində yeni məlumatlarımız olacaq. Bizi izləməkdə davam edin.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az