Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb.
Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.