SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5342_yardimlinin-84-yasinda-oldurul-n-zirv-si-amansiz-q

REGİON

Hamısı

YARDIMLININ 84 YAŞINDA ÖLDÜRÜLƏN “ZİRVƏ”si… – amansız “qətl”in GİZLİNLƏRİ

(2 Yil, 0 Ay öncə) 1,87 B İzlenme 0 Yorum
YARDIMLININ 84 YAŞINDA ÖLDÜRÜLƏN “ZİRVƏ”si… – amansız “qətl”in GİZLİNLƏRİ

ÜMİDTV:       Demək bizdən, “qatil”i tapmaq sizdən…

1936-cı ildən Yardımlı rayonunda “Vərgədüz kolxozçusu” adıyla başlayıb, 2020-ci ilə qədər “Zirvə” adıyla tanınan Yardımlının yeganə qəzeti artıq bir iki nəfərin mənafeyi naminə qurbana çevrilərək fəaliyyətinə xitam verilib. 84 yaşında namərdcəsinə “qətlə” yetirilən qəzet artıq bir ildən çoxdur ki, arxivə çevrilib. Qəzetin fəaliyyətinin dayandırılması nəinki Yardımlı ictimaiyyətinə, ziyalılarına, hətta dövlətə və dövlətçiliyə qarşı da böyük bir xəyanətdir.


Nə idi qəzetin günahı!? Qəzetdə dərc olunan dövlət siyasətinin maraqlarına uyğun məqalələrmi, gənc istedadların təbliği ilə rayon gənclərində ruh yüksəkliyi yaradılmasımı, bir-iki nəfər jurnalistin və ya redaksiya işçisinin yüngülvari əmak haqqı alıb balalarına çörək aparmasımı…!? Bəlkə Yardımlıda jurnalist, yazar, hüquqşunas çatışmamazlığı var idi!? Xeyr, əslində faiz nisbətlə götürsək Yardımlıda həmin peşə sahiblərinin sayı ölkə üzrə ön sıralardadır. Amma səriştəsiz rayon rəhbərliyinin fəaliyyəti nəticəsində həmin peşə sahibləri axırdan birinci yerdə qərarlaşıblar. Qaranlıq qalan məsələlər, məqamlar, suallar çoxdur. Bu məqamlara, suallara aydınlıq gətirmək elə də çətin məsələ deyil. Görünür qəzetin fəaliyyət göstərməsi rayon rəhbərliyinə sərf etmir…
Onu da qeyd edək ki, 44 günlük “Dəmir yumruq”əməliyyatı zamanı ölkəmizdə internetə məhdudiyyətlər qoyulmuşdu. Bax həmin dövrdə qəzetin olmaması, rayon camaatının hadisələrdən  məlumatsızlığı müharibə həyəcanını birə-beş artırırdı. Xalq təşviş içində idi. Ən azından qəzet vasitəsilə rayon rəhbərliyi Ali Baş komandanın başçılığı ilə aparılan “Dəmir yumruq”əməliyyatı haqqında silsilə açıqlamalar, məlumatlar verməklə xalqda ruh yüksəkliyi yarada bilərdi. Amma çi-fayda…
Çətin, kasıb dövrlərdə, vaxtlarda əzmlə, yorulmadan çalışan bir qəzetin dünyanın bu gümrah vaxtında, dövlətin çiçəklənən bir vaxtında fəaliyyətinin dayandırılması, hansısa məmurun şəxsi mənafeyi naminə qurban verilməsi, ictimaiyyətə, gəncliyə, dövlətə və dövlətçiliyə qarşı xəyanətdən, təhqirdən başqa bir şey deyil…

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı