SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6879_regionlarda-g-ncl-r-heyd-r-liyevin-ziz-xatir-sini-

REGİON

Hamısı

Regionlarda gənclər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO

(2 Yil, 4 Ay öncə) 3,59 B İzlenme 0 Yorum
Regionlarda gənclər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO

Müasir və  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin vəfatından 18 il ötür.

Əsas fəaliyyət istiqamətlərindən biri Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatı, 54 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin əməkdaşları və gəncləri anım günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bakıda gənclər Fəxri Xiyabanı ziyarət edərək, Heydər Əliyevin məzarına güllər qoyub, xatirəsini yad ediblər.

Regionlarda nümayəndəliklər tərəfindən bir sıra tədbirlər həyata keçirilib. İlk öncə əməkdaşlar və gənclər Heydər Əliyevin rayon mərkəzlərindəki büstünün üzərinə güllər qoyaraq, qalib ölkənin gəncləri olaraq öz dərin sevgi və ehtiramlarını ifadə ediblər. 

 

Nümayəndəliklərdə konfranslar və görüşlər keçirilərək, Ulu Öndərin həyat yolu, fəaliyyəti, gənclər siyasəti haqqında gənclərə məlumat verilib, Heydər Əliyev Mərkəzlərinə ekskursiya və infoturlar təşkil olunub, Heydər Əliyev haqqında çəkilən filmlər nümayiş edilib. 

Bundan başqa regionlarda “Ulu Öndər və Azərbaycan gəncliyi” adlı inşa müsabiqəsi, sərgilər təşkil olunub, Heydər Əliyevin siyasi irsini əks etdirən kitablar nümayiş olunub. 

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bu gün digər sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçən illər ərzində Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda yeni reallıq formalaşdıraraq, ərazi bütövlüyünü bərpa edən, işğaldan azad olunan ərazilərinin sürətli abadlıq-quruculuq fəaliyyətinə başlayan qalib xalqdır. Gənclər də bu inkişafın bir hissəsi olduqları ilə fəxr edir, fəaliyyətlərini bu sahədə davam etdirməyə hər zaman hazır olduqlarını nümayiş etdirirlər.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı