ÜMİDTV: Ermənistan hökuməti, UNICEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinqin fəaliyyətini dayandırıb.
“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan martın 9-da jurnalistlərə bildirib.
Məlumata görə, Ermənistan tərəfi onun mandatını yerinə yetirməsini yetərli və konstruktiv saymayıb.
Britaniyalı M.Klark-Hattinqin artıq Ermənistanı tərk edib.