SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3078_lerik-rayonundan-numun-vi-addim-s-nlik-n-fsimiz-qa

REGİON

Hamısı

Lerik rayonundan NÜMUNƏVİ ADDIM: "Şənlik nəfsimizə qalib gəlməliyik"

(3 Yil, 4 Ay öncə) 1,63 B İzlenme 0 Yorum
Lerik rayonundan NÜMUNƏVİ ADDIM: "Şənlik nəfsimizə qalib gəlməliyik"

Lerik rayonunda insanlar Yeni il bayramı keçirməyi düşünmürlər. Miq.Az saytının Lerik rayonunda apardığı sorğusu belə deməyə əsas verir. Leriklililərin az qala hamısı belə fikirdə olduğunu bildirdi.

Zəng etdiyimiz insanların, xüsusən də iş adamlarının əksəriyyəti şənlik keçirtməyəcəklərini, obyektlərin isə qapalı olacağını bildirdilər.
Başda Azərbaycanın ən böyük istirahət mərkəzlərindən olan "Relax" istirahət mərkəzi olmaqla Lerikdə bütün əyləncə mərkəzləri 31 dekabr-3 yanvar tarixlərində fəaliyyətlərini dayandıracaqlar: 


"Relax" istirahət mərkəzinin icraçı direktoru Famil Kərimov deyir ki, biz 31 dekabr-3 yanvar tarixinə kimi istirahət mərkəzinin fəaliyyətini dayandırırıq. Bu günlər ərzində şəhid ailələri və qazilərimizi ziyarət edəcəyik: 


 "Düzdür, Azərbaycan müharibədə qalib gəldi. Amma biz azərbaycanlılar da şəhid ailələrini, itkin düşənlərimizi və yaralı qazilərimizi nəzərə alıb şənlik nəfsimizə qalib gəlməliyik. Bizə Qələbəni bəxş edən şəhidlərimizdən bəzilərinin qırx mərasimi çıxmayıb, biz necə şənlik edə bilərik? Onlar Azərbaycanın yeni tarixini yazdılar. Cənab Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsini dünyanın gözü qarşısında təsdiq etdilər. "Şəhidlər hamımızındır" deyirik, gərək bunu sözdən əmələ çevirək. Lerikdə bir evdən iki  qardaş şəhid olan, 4 qardaş 2 bacıoğlusu (bacıoğlulardan biri şəhid olub) ilə müharibədə döyüşənlər var idi. Onlara görə bayram etməyəcəyik"-deyə Famil Kərimov deyir.


"9 qardaş" istirahət mərkəzinin sahibi Hatəm Baxşıyev də deyir ki, biz də bu il Yeni il şənliyi keçirməyəcəyik. İstirahət mərkəzi fəaliyyətini dayandıracaq. Şəhidlərimizə hörmət əlaməti olaraq obyekt bağlı olacaq. Bütün şəhidlərimiz bizə əzizdir, hamısını əzizimiz bilirik. Təkcə Zuvand mahalından 9 şəhidimiz, Lerikdə ümumilikdə 50-dən yuxarı, bütövlükdə isə 2823 şəhidimiz var. Mən özümdə bayram əhval-ruhiyyəsi hiss etmirəm"-deyə Hatəm Baxşıyev deyir.
Lerik rayon, Züvüç kənd sakini, 1-ci Qarabağ müharibəsinin veteranı Maqsud Mərdiyevə görə, indi bayram qeyd etmək müharibədə şəhid olanlara hörmətsizlik deməkdir:


"Bizim kənddən bir evdən iki qardaş- İsgəndər və Şahin Tahirli qardaşları döyüşürdü. Onların biri Şuşada şəhid oldu. Kəndimizin digər şəhidi Çərkəz Teyyubov, Mehman Əliyev də var. Təkcə bu şəhidlərə deyil, bütün Azərbaycan şəhidlərinə görə bayram keçirməyəcəyik."


Lerik rayonunda anadan olan iş adamı Rahim Cəfərov isə Lerikdə 10 şəhid ailəsinə birdəfəlik 300 manat yardım edib. O, bayramqabağı şəhid ailələrini belə ziyarət edib. İş adamı gələcəkdə bu sayı çoxaltmaq fikrində olduğunu da bildirib. (Miq.az)

Elcan Məmiyev / Ümid Tv


 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı