SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3918_az-rbaycan-sahibkarlarinin-qarabagla-bagli-planlar

REGİON

Hamısı

Azərbaycan sahibkarlarının Qarabağla bağlı planları məlum olub

(2 Yil, 3 Ay öncə) 736 İzlenme 0 Yorum
Azərbaycan sahibkarlarının Qarabağla bağlı planları məlum olub

Azərbaycan sahibkarları işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına böyük maraq göstərir.

Bu barədə qurumun dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı,Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, 2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi biznes üçün də yeni imkanlar açıb: "İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə və məsləhət xidmətləri göstərilir”.

KOBİA sədri həmçinin pandemiyanın ictimai iaşə sektoruna təsirsiz ötüşmədiyini, hökumət tərəfindən müxtəlif dəstək mexanizmləri vasitəsilə biznesin qorunması istiqamətində aktiv tədbirlərin davam etdirildiyini vurğulayıb. Post müharibə dövründə və post-pandemiya ərəfəsində sahibkarların və dövlət qurumlarının iştirakı ilə keçirilən bu forum aktual müzakirələr üçün və dövlət-biznes dialoqu üçün əhəmiyyətli platformadır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev çıxışında pandemiya dövründə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, COVID-19-la mübarizə tədbirləri çərçivəsində əhali və sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını, ictimai iaşə, turizm, qida məhsullarının ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində monitorinqlərin keçirildiyini bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə AQTA-nın işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair konsepsiya sənədinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini qeyd edən B.Quliyev işğaldan azad olunan rayonların dirçəldilməsində sahibkarların üzərinə məsuliyyətli vəzifənin düşdüyünü, bu vəzifələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli üçün sahibkarları Agentliklə də aktiv əməkdaşlığa dəvət edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxışında təşkilatın 2020-ci ildə pandemiyanın sahibkarlığın inkişafına təsirini azaltmaq üçün sahibkarların yanında olduğunu, onlardan daxil olan çoxsaylı müraciətləri və təklifləri dövlət qurumlarına təqdim etdiklərini, biznes subyektləri və dövlət orqanlarının iştirakı ilə müzakirələrin aparıldığını qeyd edib.

Azərbaycan Qida və İçki Sənayəçiləri Assosiasiyasının sədri Emin Dostiyari çıxışında pandemiya dövründə qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər barədə məlumat verib, bu sektorda yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlanması üçün səyyar satış imkanlarına, dövlət dəstəyi ilə onlayn satış və çatdırma platformasının yaradılmasına və s. barədə assosiasiya üzvlərinin təkliflərini diqqətə çatdırıb.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov isə qeyd edib ki, forum qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən KOB subyektlərinin pandemiya dövründə qarşılaşdıqları çətinliklərin və post-pandemiya dövründə gözləntilərinin dövlət-biznes dialoqu çərçivəsində müzakirə edilməsi, təkliflərin öyrənilərək aidiyyəti qurumlara çatdırılması məqsədilə təşkil olunub. “Tədbir Agentlik yanında İctimai Şura tərəfindən təşkil olunan sayca 9-cu forumdur və 2021-ci il ərzində də əsasən pandemiyadan ziyan çəkmiş sektorlar olmaqla, iqtisadiyyatın müxtəlif sahələri üzrə ictimai müzakirələrin və digər tədbirlərin təşkili davam etdiriləcəkdir” - deyə Fərhad Qaraşov bildirib.

Onlayn forumda həmçinin, qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Karantin rejimi ilə əlaqədar tədbirə İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentliklərinin nümayəndələri, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektləri (qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları, idxalçıları və ixracatçıları, market, restoran, kafe, otel və digər iaşə obyektləri) və biznes assosiasiyalar qatılıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı