"Azərbaycanda Rusiya kəşfiyyatına nəzarət güclənir"

Azərbaycan Rusiyanın informasiya kəşfiyyatına qarşı açıq mövqe sərgiləyir

"Azərbaycanda Rusiya kəşfiyyatına nəzarət güclənir"

Azərbaycanda Rusiya kəşfiyyatının fəaliyyətlərinə qarşı açıq mövqenin sərgiləndiyi, "Sputnik Azərbaycan"da çalışan iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əlaqəli olduğu iddiaları və onların saxlanılması, Bakının artıq ölkə daxilində Rusiya kəşfiyyat strukturlarına qarşı açıq əməliyyat mərhələsinə keçdiyini göstərir. Bu, çox ciddi bir hadisədir.

Bu fikirləri Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz bildirib. O, bu hadisəni xarici ölkənin media əməkdaşlarının saxlanılması kimi dəyərləndirməyin düzgün olmadığını vurğulayıb.

Osman Gündüz, hadisəni həm də hibrid savaş aləti kimi istifadə edilən informasiya kanallarına qarşı yönəlmiş strateji bir cavab addımı kimi görməyə çağırıb. Ehtimallar arasında, həmin şəxslərin Azərbaycanda ictimai rəy təsir göstərmək, siyasi proseslərə yön vermək və ya daxili sabitliyi pozmaq məqsədilə informasiya əməliyyatları həyata keçirmək üzrə təlimatlandırıldıqları məsələsi var.

O, həmçinin, bu hadisənin beynəlxalq ictimaiyyətə yönəlik bir mesaj olduğunu qeyd edib. Bu, xarici ölkənin kəşfiyyatına qarşı addımların atıldığını göstərir. Osman Gündüz bildirib ki, bu hadisə, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin həm də yüksəlməkdə olduğunu əks etdirir.

Xüsusilə də, regional geosiyasi dəyişikliklər fonunda Bakı öz informasiya təhlükəsizliyi və suverenliyini daha sərt şəkildə qorumağa başlamışdır. Görünən odur ki, təyyarələrinin Rusiya tərəfindən vurulmasından, həmçinin soydaşlarına qarşı aparılan qətllərdən və zorakılıqlardan sonra Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub.

Osman Gündüz, Azərbaycanın öz milli informasiya məkanını qoruması və xarici kəşfiyyata qarşı mübarizə istiqamətində atdığı addımları təqdirəlayiq hesab etdiyini söyləyib. Beləliklə, bu hadisələr Azərbaycan dövlətinin müstəqil siyasət yürütməyə və kənar təzyiqlərə qarşı mübarizə aparmağa hazır olduğunu ortaya qoyur.