"Qaxda Tender Məsələləri: Suallar və Sui-istifadə"
Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir
"Qaxda Tender Məsələləri: Suallar və Sui-istifadə"
Qax və Balakən Rayonlarının Tender Məsələləri
Hər bir Azərbaycan insanı vergiləri sayısında formalasan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu, onun haqqı və hüququdur.
Məlum olduğu kimi, on gün əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Səkilov və birinci müavini daxil rayonun bir neçə vəzifəli şəxsi DTX-nin keçirdiyi əməliyyatla saxlanıldı. Bir gün sonra barələrində həbs qətimkan tədbiri seçildi. İlkin açıqlamaya görə, onlar qulluq mövqeyindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Bu arada mediada son illərdə Qax rayonunda keçirilən tenderlərə diqqət çəkildi. Məlum oldu ki, Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi "qaliblərindən" biri "RENAT-R" MMC adlı şirkətdir. 2013-cü ildən qeydiyyatdan keçən bu şirkət, indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalmalarının qalibi olub. Güman ki, istintaq prosesində bu fakt diqqətdən kənarda qalmayacaq.
Balakən Rayon Tenderləri
Buna baxmayaraq, hələ də, bəzən dövlət qurumlarının satınalmalarından müəyən suallar boylanır. Qax rayonuna qonşu sayılacaq Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən şəhər İnzibati İrazi Dairəsi üzrə nümayəndəliyində olduğu kimi.
Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən şəhər İnzibati İrazi Dairəsi üzrə nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 20.06.2025-ci il tarixdə Nümayəndəlik "KM SERVICES" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən şəhərində aparılacaq abadlıq və təmir işləri üçün mal-materialların alınması qarşılığında "KM SERVICES" MMC-yə 85.059 manat ödəməli olacaq.
İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, balakənli oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumatlar müəyən araşdırmaları zərurətə çevirir.
Suallar və Şübhələr
Balakən rayon mərkəzinin abadlaşdırılması adı ilə keçirilən tenderlər az qala ardıcıl silsilə şəklini alır. Ötən illərdə şəhər yollarının, binalarının təmiri adı ilə müxtəlif, həm də az sayılmayacaq məbləğlə tenderlər keçirilib, dövlətin puluna xəsislik edilməyib.
Bu əlaqədar diqqət çəkən vacib faktor Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən şəhər İnzibati İrazi Dairəsi üzrə nümayəndəliyinin dövlət vəsaitini etibar etdiyi "KM SERVICES" MMC ilə bağlıdır. Heç də az məbləğ olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərində hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür.
Məlum olduğu kimi, "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun (maddə:23) tədqiqatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələbləri cavab verən işçi qüvvəsinin olması və s. kimi öhdəliklər qoyulur.
Belə olan halda yumşaq desək "KM SERVICES" MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur. Necə olur ki, "birisi-tozu bilinməyən" bir şirkət Balakən Rayon İcra Hakimiyyətinin başçısı olan Telman Bayramov dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? Telman Bayramovun bu şirkəti "gündüz çırağıyla tapması" hansı səbəb və maraqlardan qaynaqlanır?
Bəzən elə olur ki, dövlətin pulu şəxsi maraqların predmetinə çevrildikdə daha çox tanınmayan, heç bir ünvana, əlaqə vəsaitinə olmayan şirkətlər "yada düşür".
Digər diqqət çəkən məqam isə tenderlər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmalarının Vahid İnternet Portalının "ətraflı" bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir.
KM SERVICES MMC İlə Araşdırmalar
İnternet üzərindən apardığımız araşdırmalarla "KM SERVICES" MMC ilə bağlı maraqlı məlumatlar əldə edə bildik. Bu istiqamətdə xüsusi diqqət çəkən faktor isə şirkətin "hərşeyünsanas" adlandırılması ilə bağlıdır.
Şirkət tikinti materiallarının alınması, yol çıxılışı və elektrik malları ilə təminat kimi ən müxtəlif işlərdən keçir. Bu şirkətin nə zaman, hansı ünvanda təsis edildiyi ilə bağlı məlumat yoxdur. İnternet resurslarında isə yalnız baş mühasib Dinar Mustafayevin adı keçir. Amma onun da haqqında geniş məlumat yoxdur.
Sözügedən şirkət zamanı ilə 3 gündə iki tender udub. Onlardan biri Mingəçevir Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə bağlanmış satınalma müqaviləsidir. Həmin müqaviləyə əsasən MMC MKTB üçün 2024-cü ildə mal-materialların satın alınmasını qarşılığında şirkətə 215.266,37 manat ödənilib.
Lakin, "KM SERVICES" təkcə yol çıxıb, tikinti materialları almaqla kifayətlənmir. O, həmçinin elektrik malları bazarında da "gücünü" sınayıb. Şirkətin "Bakı Metropoliteni" ilə bağladığı müqavilədən də bu aydın görünür. Məsələn, "KM SERVICES" MMC metropoliten üçün elektrik mühərrikləri üçün sargı materiallarının satın alınmasını reallaşdırıb. Bu zaman şirkət 133.008,96 manat ödənilib.
Suallara Cavab Axtarışı
Biz Yenixeber.org olaraq hər iki tərəfdən - həm Balakən şəhər İnzibati İrazi Dairəsindən, həm də "KM SERVICES" MMC-dən müəyən suallarımıza cavab almaq istədik.
Qeyd etdiyimiz kimi, "KM SERVICES" MMC-nin heç bir əlaqə vasitəsinə rast gəlmədiyimizdən bu istəyimiz alınmadı.
Balakən Rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər İnzibati İrazi Dairəsi üzrə nümayəndəsi cənab Telman Bayramovla 7 sualdan ibarət online sorğu ünvanladıq. Telman müəllimin müavini, həm də tender komissiyasının sədri İlham Kaltayevlə telefonla danışdıq. Nəhayət sorğumuza "cavab" aldıq.
"Cavab" sözünü səbəbsiz dirnaqda yazmadıq. Günlər sonra Telman Bayramovun imzası ilə redaksiyamıza daxil olan məktubda 7 sualımızdan heç birinə cavab yer almır. Sadəcə "Dövlət satınalmaları haqqında" qanunun müəyən maddələri xatırlanır.
Nəticə
Hörmətli qurum rəsmi və bu mövzuda məlumatı az olanlara xatırladaq ki, Azərbaycan Respublikası "Dövlət Satınalmaları Haqqında" Qanunun 20.1-ci maddəsində göstərilir ki, Satınalma komissiyasının tərkibi bu qanunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır.
Satınalma komissiyasının sdrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilmir.
Təchizatçının Lisenziya və ya icazəsi ilə bağlı Qanunun 23.3.2-ci maddəsində göstərilir ki, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması zəruridir.
Eləcə də digər maddələrdə Təchizatçı ilə bağlı bir sıra tələblər sadalanır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması...
Cənab Telman Bayramova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalasan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur.
Dövlət büdcəsi kiminsə şəxsi fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də maraqlı görünməsin.
Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün "qapısının döyülmədən açılacağından" siğortalanmayıb.
Sonda onu da xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdir. (Yenixeber.org)
Mövzunun davamı olacaq.