"216 saylı məktəbdəki mübahisələr: Müəllimlərin açıqlamaları"

Son zamanlarda 216 saylı məktəblə bağlı gələn şikayətləri nəzərə alaraq məktəbin müəllimləri ilə əlaqə saxlanılmışdır. Paylaşılan məlumatların doğruluğunu müəyyənləşdirmək üçün müəllimlərlə müsahibə aparılmışdır. Həmin müsahibəni ictimaiyyətə təqdim edirik.
Qeyd edək ki, Ramiz Qasimov adına 216 saylı tam orta məktəbin hazırda direktoru Çinarə Cəbrayılova 5 aydır ki, həmin məktəbdə müvəqqəti olaraq direktor səlahiyyətlərini icra edir. Xatırlatmaq istəyirik ki, Sədaqət Babayeva 5 iyun 2025-ci il tarixində ATV-yə əsassız faktlarla müsahibə vermişdir. Həmin müsahibədə dərs saatının satıldığını, məktəbin icarəyə verildiyini, inventar çatışmazlıqlarını vurğulamışdır. Halbuki bunların hər biri əsassızdır. Yanvar ayından etibarən təyin olunan bir direktor axı necə dərs bölgüsü apara bilər? Biz bildirmək istəyirik ki, yanvar ayından etibarən bütün qanunsuzluqlara son qoyulub.
Bəli, məktəbdə idman dərsləri keçirilir, amma bütün dərslər qanuniləşdirilmişdir, müəllimlər dövlətdə vergi ödəyir. Hətta, məktəbdə fəaliyyət göstərən qanunsuz rəqs dərsləri tamamilə ləğv olunmuşdur.
Bu müsahibədən 4 gün sonra Çinarə xanımın ailəsində ağır itki baş verdi. Bununla bağlı olaraq, müəllimlər və texniki işçilər 12 iyun tarixində başsağlığı vermək məqsədilə (iş vaxtında deyil – müəllimlər 13:00-dan sonra, texniki işçilər isə işə nahar fasiləsində?) mərasim evinə getdilər. Buna baxmayaraq, yenə də Sədaqət müəllim öz niyyətlərindən əl çəkmədi. Həminin guya iş vaxtında iş yerini tərk etməsi ilə bağlı məktəbə polis çağırmış, ictimai asayişi pozmuşdur. Məktəbə gələn polis, həqiqətən baş verən hadisənin əsassız olduğunu təsdiqləmişdir. Hətta qeyd edək ki, texniki işçilər və müəllimlər gedərkən onları videoya çəkmiş, sonra isə Facebook platformasında şəxslərin icazəsi olmadan paylaşmışdır.
Bundan əlavə, yalnız müəllimlərin özləri ilə prinsip aparmır, hətta onların ailə üzvlərinin də adlarını hallandırır. "Sənin ərin", "sənin qayınanan, qayınatan" və s. kimi müraciətlər müəllimləri çox narahat edir, "Müəllimin etik davranış qaydaları"na əməl etdiklərinə görə onlara bir söz demirlər. Qeyd edək ki, müəllim Sədaqət Babayeva ilboyu dəfələrlə bülleten çıxararaq tədris prosesindən yayınmışdır, bu isə valideynlərin narazılığına səbəb olmuşdur.
Müəllimlərin müsahibəsindən əsasən digər məsələləri də nəzərinizə çatdırmaq istəyirik:
1. Sədaqət müəllim sertifikasiya imtahanının birinci cəhdindən 23 bal toplayaraq kəsilmiş və ikinci dəfə də kəsiləcəyini güman etdiyində özünə çıxış yolu kimi bunu məktəbin üzərinə ataraq adını təmiz çıxarmaq istəyir;
2. Müəllimlər Sədaqət müəllimin davamlı müzakirədə olduğunu, dərsi gecikdiyini, hətta jurnallarda ciddi nöqsanlar buraxdığını, KSQ, BSQ sinifləri ilə düzgün işlənməmişini bildirir, hətta fotofakt və səs yazısı ilə sübuta çatdırırlar.
3. Sədaqət müəllimin davamlı ailə, kişi söhbəti etdiyini və davamlı şantaj, həd-qorxu ilə məşğul olduğunu, həmçinin müəllimlərə ağza alınmayacaq sözlər dediyini həmçinin müəllimlər tətdit edərək, bunu demək olar ki, bütün işçilər təsdiqləyir.
4. Yeni rəhbərin 9-11-ci sinifləri məktəbə cəlb etməsi, məktəbdə müəllimin mədəni davranış etik qaydasına uyğun geyim formasını təmin etməsi, məktəbə şagirdlərin rahat gəlməsi üçün marşrut xəttinin çıxarılması təşəbbüsü, məktəbdə davamlı masterklass və təlimlər keçirməsi və bu kimi digər məsələlər müəllimlər, valideynlər və şagirdlər tərəfindən alqışlanmışdır. Bütün bunlara rəğmən, müəllim Sədaqət Babayeva yenə də öz əsassız müsahibələrindən, paylaşımlarından əl çəkmir.
Məktəbin işçilərinin İcra Hakimiyyətinə getməsi də Sədaqət müəllimi çox narahat edir. Halbuki, həmin gün İcra Hakimiyyətində Qala sakinləri ilə görüş keçirildiyindən mütləq ki, məktəbdən də kimlərsə çıxış edərək Xəzər rayonu barədə təkliflərini irəli sürməli idilər. Bunun da qanun pozuntusu olduğunu dilə gətirərək İcra Hakimiyyətinə gedən işçiləri təhdid edir.
En sonda qeyd etmək istəyirik ki, şəhid Ramiz Qasimov adına 216 nömrəli tam orta məktəbin bu cür mənfi məsələlərdə adının dəfələrlə hallanması şəhidin ailəsini də narahat edir. Müəllimlər qəti şəkildə vurğulayırlar ki, adıçəkilən müəllimin iddiaları həqiqəti əks etdirmir və bu kimi davranışlar iş mühitinə ciddi zərər vurur. Müvafiq araşdırmanın aparılmasını və tədbir görülməsini sizdən xahiş edirik.