"Poliklinika h?kimi, işçilərə t?zyiq edir"

Bakı şəhər 6 nömrəli poliklinikanın baş həkimi Nərmin Qasımova işçilərə təzyiq edir

"Poliklinika h?kimi, işçilərə t?zyiq edir"
```html

Baki şəhər 6 nömrəli poliklinikanın baş həkimi Nərmin Qasimova işçilərə tzyiq edir. AzFakt.com-a verilən məlumatda, 6 nömrəli poliklinikada tibb qeydiyyatçisi - kargüzar vəzifəsində çalışan Novruzova Aynur Çingiz qızı şikayətində bildirir ki, poliklinika baş həkimi Nərmin Qasimova tərəfindən ona qarşı qeyri-obyektiv və şəxsi münasibət əsasında ayrı-seçkilik və tzyiqlərlə üzləşir.

Aynur Novruzova qeyd edir ki, son aylarda poliklinikaya yeni təyin olunan baş həkim dəfələrlə açıq şəkildə "sizinlə işləmək istəmirəm" deyərək onu hədələyib, işindən uzaqlaşdırmaq üçün səy göstərib. O, hətta səbəb göstərilmədən "isini təhvil ver" tələbi ilə qarşılaşdırılıb. Bu münasibət onun psixoloji və fiziki sağlamlığına ciddi zərbə vurmuş, stress səbəbi ilə 12.06.2025-ci il tarixində təcili tibbi yardıma müraciət etməsinə səbəb olub.

Bundan savayı, poliklinikada olan baş həkimin müavinləri ilə əlaqəli intriqasında ondan istifadə etməyə çalışdığını vurğulayan Aynur, "mən dediyimi etməsən, sənə tzyiq göstərəcəm" deyildiyini bildirir. Nərmin Qasimova onun iştirakı olmadan 12.06.2025 tarixində onu otağına çağıraraq qeyri-etik davrandığını, üstünü sıxaraq işdən çıxarmaqla hədələdiğini qeyd edir.

Nərmin Qasimova eyni hədəkorxunu kadrlar şöbəsinin mütəxəssisi Arzu Məhəmmədovaya da edərək, ona hamilə olmasına baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onu da işdən çıxarmaqla hədələyib. Nərmin Qasimova əvvəllər 46 saylı poliklinikadan gətirdiyi tibb qeydiyyatçısı və tibb bacısı vasitəsilə işinə müdaxilə edir, mənfi atmosfer yaradaraq, onu iş yerində peşəkar təcrid siyasəti aparılır.

6 nömrəli poliklinika dövlət müəssisəsi olmasına baxmayaraq, Nərmin Qasimova səhhət ocağını öz şəxsi klinikası kimi idarə edir. Müəssisədəki vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyi halda, baş həkim tərəfindən davamlı olaraq ciddi qanun pozuntularına, etik prinsiplərin tapdanmasına və əmək hüquqlarının pozulmasına şahid olur.

Poliklinikanın baş həkimi Nərmin Qasimovanın müavini Samirə Rəhimovanın əleyhinə saxta aktların tərtib edilməsini, bu aktlara yalnız öz imzasını atmasını, ondan və digər əməkdaşlardan iş hədəkorxu ilə imza tələb olunmasını tzyiq göstərdiyini bildirir. Samirə Rəhimovanın xəbəri və razılığı olmadan onun adının müxtəlif sahələr üzrə məsul şəxs kimi rəsmiləşdirilməsi, bu barədə ona heç bir məlumat verilməməsi və bu məlumatların ondan gizlədilməsi məqsədilə kadrlar şöbəsinin mütəxəssisi Arzu Məhəmmədova onunla tzyiqlər göstərmişdir.

Aynur Novruzova, iş qanunvericiliyinin və etik qaydaların pozulduğunu nəzərə alaraq, vəziyyətin obyektiv şəkildə araşdırılmasını, hüquqlarının müdafiəsini və ona qarşı ayrı-seçkilik hallarının aradan qaldırılmasını xahiş edir. O, aidiyyəti qurumların Nərmin Qasimovanın etdiyi özbaşınalığa, işçiləri hədələməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə son qoyulmasına kömək etmələrini istəyir.

Qeyd edilən hallar Azərbaycanın Əmək Məcəlləsinin, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun və digər normativ-hüquqi aktların kobud şəkildə pozulması ilə yanaşı, tibb müəssisəsində vətəndaşların və işçilərin hüquqlarını ciddi şəkildə zədələyir. Aynur Novruzova bildirir ki, ona kargüzarlıq işi həvalə olunmuşdu, baş həkim dedi ki, aktı imzalasam, ona tzyiq göstərəcəm. İmza atdığına görə əsassız olaraq, şəxsi zəmində, bu gündən ona həvalə olunan kargüzar vəzifə səlahiyyəti əlindən alınıb, qeydiyyatçı kimi işini davam etdirməyə tapşırılmışdır.

```