"Qanunsuz Sirkətlər: Vergidən Yayılma Problemi"

Gömrükdə Qanunsuz Fəaliyyət və İdarəetmə Problemləri
Uzun illərdir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əsasən gömrük işi həyata keçirən və demək olar ki, vergidən və bütün hesabatlardan yayına bilən şirkətlər fəaliyyət göstərir. Bu tip şirkətlərin idarə olunmasında o qədər manipulyasiya edilir ki, onlara qarşı heç bir qadağa və ya cəza tətbiq etmək mümkün olmur.
Məsələn, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlər barəsində illərdir ki, məlumatlar toplanılır. Bu şirkətlərin fəaliyyəti ona görə "qanunsuz" adlandırılır ki, onların vergi ödənişləri, işçi sayı, qaydalara uyğun anbar təminatı və maliyyə hesabatları düzgün deyil. Daha doğrusu, hansısa məmurların dəstəyi ilə yaradılan bu şirkətlərin maliyyə dövriyyələri elə bir formada tənzimlənir ki, onlar “iri sahibkarlıq subyekti” statusuna keçməsinlər.
"İri Sahibkarlıq Subyekti" Nədir?
"İri sahibkarlıq subyekti" dedikdə, aşağıdakı meyarlardan ən azı ikisini ödəyən subyektlər nəzərdə tutulur:
- İllik gəliri: 8 milyon manatdan çox;
- İşçilərin orta sayı: 125 nəfərdən çox;
- Aktivlərin dəyəri: 4 milyon manatdan çox;
Yəni, əgər şirkət bu meyarlara çatmırsa, iri sahibkarlıq subyekti hesab olunmur. Bu baxımdan, bir neçə gömrük əməliyyatı ilə milyonlarla manat dəyərində mal gətirən şirkətin bir ildən az müddətdə bağlanması diqqət çəkir.
Qanunsuz Fəaliyyətin Səbəbləri
Bu şirkətlərin bağlanma səbəbi odur ki, Maliyyə Nazirliyinə illik hesabat təqdim etməyə məcbur olmamalıdırlar. Təəssüflər olsun ki, bu günə qədər gömrükdə qanunsuz fəaliyyət göstərən belə şirkətlərin fəaliyyəti ciddi şəkildə yoxlanmayıb. Onlara sual verilməyib: "Niyə bir neçə əməliyyatla milyonlarla manat dəyərində mal gətirdiniz, amma 1 il tamam olmadan şirkətinizi bağladınız və yenisini açdınız?"
Şirkət Açmaq Asanlığı
Hazırda Azərbaycanda şirkət açmaq olduqca asandır. Bir neçə manat ödəməklə və ya hansısa prosedurdan xəbəri olmayan birinə 500-1000 manat verərək adına şirkət açdırmaq mümkündür. Bu gün insanlar var ki, adına şirkət açılıb, yüz minlərlə manat borcu yaranıb, amma bundan xəbəri belə yoxdur.
Maliyyə Nazirliyinin Rolı
Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi birgə işləməli və bu tip şirkətlərin məsuliyyətdən yayınmasının qarşısını almalıdır. Bu günə qədər bu sahədə effektiv nəzarət mexanizmi qurulmayıb. Bu cür qanunsuz fəaliyyətlər dövlət büdcəsinə böyük ziyan vurur. Eyni zamanda, belə işbazlar hər il milyonlarla manatı dövlətdən gizlədir, oğurlayır. Maliyyə Nazirliyi bu vəsaitlərdən xəbərsiz qalır.
İdxal-İxrac İşləri üzrə Nəzarət
Idxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsi ciddi məsuliyyət daşıyır. Bu qurum nəzarət etməlidir ki, böyük dövriyyəli şirkətlər özlərini kiçik sahibkar kimi göstərməsinlər. İlin əvvəli böyük dövriyyə ilə işləyən, ilin sonuna yaxın fəaliyyətlərini dayandıran şirkətlər birbaşa fırıldaqçılıqla məşğuldur, vergidən və hesabatdan yayınmaqdadırlar.
Qarşısının Alınması Üçün Tələb olunan Addımlar
Beləliklə, gömrükdə fəaliyyət göstərən qeyri-qanuni şirkətlərin, hüququna ziyan vuran, vergi orqanlarını aldadan və dövlət büdcəsinə milyonlarla ziyan vuran şirkətlərin fəaliyyətinin qarşısının alınması üçün sistemli, şəffaf və ciddi nəzarət mexanizmi qurulmalıdır. Şirkət bağlanmadan əvvəl audit prosedurunun məcburi olması vacibdir. Fiziki şəxslərin adına açılmış, lakin real fəaliyyət göstərməyən şirkətlərin qeydiyyat və fəaliyyətinin məhdudlaşdırılması üçün qanunvericilikdə dəyişiklik edilməlidir.
Vergidən yayınma, maliyyə hesabatlarından qaçma və saxta fəaliyyətlə məşğul olan şirkət sahibləri üçün cəzaların sərtləşdirilməsi və cinayət məsuliyyətinin nəzərdə tutulması vacibdir.