"Hakim Ramin Xəlilov: Dələduzlara yardım edir?"

Son günlərdə, rus millətinin nümayəndəsi olan Azərbaycan vətəndaşı Samir Sergeyeviçin yaşadığı problemlər diqqət mərkəzinə gətirilmişdir. Onun və ailəsinin başına gətirilən qanuna zidd əməllər, ciddi narahatlıqlara yol açmışdır.
Məlumata görə, bir qrup dəllal sabiq cinayətkarları, Samir Sergeyeviçi aldadaraq onun evini ələ keçirmək məqsədilə bir tələ qurmuşdular. Nəticədə, Samir Sergeyeviç evsiz qalmış, həyat yoldaşı xəstə və hələ bir yaşına tamam olmamış körpəsi ilə küçədə qalmışdır. Bu cinayətkar dəstənin çirkin əməlləri həyata keçirilməzdən əvvəl, Bakı şəhərində yerləşən Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov xüsusi yardım etmişdir.
Samir Sergeyeviç, pozulan hüquqlarının bərpa edilməsi üçün yuxarı orqanlardan tələb etdikdə, Ramin Xəlilov ona kömək etmək əvəzinə, tələbin nəticəsində evə qoyulan həbsin dərhal aradan qaldırılmasına icazə vermişdir. Bu da, cinayətkar dəstəyə evin satışına şərait yaratmışdır. Belə bir vəziyyətdə, dövlət rəhbərliyinin insanların hüquqlarını qorumaq və qonsu dövlətlərlə münasibətləri daha da yaxşılaşdırmaq naminə atdığı addımlar sual altına alınır.
Sergeyeviçin belə bir vəziyyətdə qalması, rus millətindən olan insanlara qarşı yanlış və qərəzli yanaşmanın bir göstəricisidir. Ramin Xəlilovun onlara qarşı sərgilədiyi neqativ davranış, cəmiyyətin narahatlığına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Samir Sergeyeviç, Rusiya Prezidentinin Administrasiyasından aldığı təşəkkür məktubuyla da tanınır və rus millətinə sonsuz sevgisi ilə seçilir.
Sergeyeviç, yaşadığı ağır durumda Azərbaycan Respublikasının Prezidentindən xahiş edir ki, onu və ailəsini öz halal evlərinə qaytarsın. Əgər bu əməliyyatlar davam edərsə, Samir Sergeyeviç Azərbaycan vətəndaqlığından imtina edib, Rusiyadan siyasi sığınacaq istəməyə məcbur olacaq.
Hesab edirik ki, Prezident İlham Əliyev bu özbaşına hərəkətləri həyata keçirən hakimin əleyhinə tədbirlər görəcək, cəmiyyətə təhlükə yaradan dəllal dəstəsini zərərsizləşdirəcək və ən əsası, zərərçəkmiş ailəni öz evinə qaytaracaqdır.
Araz Media Qrupu
Mənbə: “Hakim Ramin Xəlilov dəlluzlara havadarliq edir” – IDDIA