"Qələbənin İldönümü: Azərbayanın Şanlı Tarixi"

 Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur

"Qələbənin İldönümü: Azərbayanın Şanlı Tarixi"

Fasizm üzərinə tarixi qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. 1941-ci ildən etibarən Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkətinə çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlara ərizə ilə müraciət edərək cəbhəyə yollandılar. İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında böyük rolu olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırlan 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinə doğru şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yugoslavya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi - "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə Alman fasizminə qalib gəlməsi mümkün olmazdı". İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rolu olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi və motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında çiyin-çiyinə döyüşən 7 min hərbi təyyarənin yanacaq təminatında da mühüm rol oynayıb.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldildi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi.

Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkerdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. "Biz tarixdə bu şanlı günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı fasizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk."

Könül Əfəndiyeva – YAP üzvü