"9 May - Qələbə Günü: Azərbayanın İgidliyi"
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlişi ilə 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilmiş və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülməkdədir
"9 May - Qələbə Günü: Azərbayanın İgidliyi"

Ulu Öndər Heydər Əliyev 1993-cü ildən hakimiyyətə gəlişi ilə "9 May - Qələbə Günü"nü yenidən dövlət bayramları sırasına daxil etmişdir. Bu gün, həmçinin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük islər görülməkdədir.
Keçmiş Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində alman-fasist işğalçılarına qarşı mübarizədə digər xalqlarla yanaşı, Azərbaycan xalqı da ön və arxa cəbhədə sücaət və igidliklərlə göstərmişdir. Azərbaycan, ümumbəşəri borcunu ləyaqətlə yerinə yetirərək fasizm üzərindəki qələbəyə öz dəyərli töhfələrini vermişdir.
1941-ci ilin iyun ayında müharibənin başlaması ilə birlikdə, səfərbərlik elan olunmuş, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə yola düşmüşdür. Həmin dövrdə Azərbaycan əhalisinin 3,3 milyon nəfərdən 1,2 milyon nəfəri 20-50 yaş arasında olduqlarına görə müharibənin ilk həftəsində 40 min nəfər könüllü olaraq orduya səfərbər olmuşdur.
Bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı, cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Müharibə illərində göstərdikləri igidliyə görə, 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimizi müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyaları böyük qəhrəmanlıq nümunəsi göstərmişdir.
Vətənin azadlığı və xalqın sərf edilməsi müdafiəsi məqsədilə aparılan ipl ümumxalq mübarizəsi idi. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmvətənimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray İsmayılovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasina rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadın pilot Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Salimovanın, gəmi kapitanı Sövkət Salimovanın və digər həmvətənlərimizin adları tarixi düşmüşdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə çıxış edərək demişdir: "Böyük Vətən müharibəsinə verilmiş qurbanlar, o cümlədən Azərbaycan xalqının verdiyi qurbanlar və igid oğulların mərdliyi bugünki gənc nəsil və gələcək nəsillərə nümunədir".
Aynur Xəlilova - politoloq