TENDER İKTİDARI: "AZCARGO" MÜTALİYPİ BÜYÜK QAZANCDA!

Respublika Psixatriya Xəstəxanası keçirdiyi tenderin nəticələrini açıqlayıb

TENDER İKTİDARI: "AZCARGO" MÜTALİYPİ BÜYÜK QAZANCDA!

Respublika Psixatriya Xəstəxanası keçirdiyi tenderin nəticələrini açıqlayıb. İlgili qurum çirkab suların daşınması prosesini həyata keçirəcək şirkəti müəyənləşdirib. Məlumata görə, bu məqsədlə “AZCARGO LOGISTICS AND MANAGEMENT SERVICES” MMC ilə satınalma müqaviləsi bağlanılıb. Müqavilənin dəyəri 72.109 manatdır.

Qeyd edək ki, sözügedən şirkət son bir ildə daha üç tenderin də qalibi olub. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, bu ilin yanvarında “AzTeleKom” ilə anlaşıb. Şirkət yükların daşınması, evakuasiya, yükləmə, sərnişin daşınması və digər əlaqəli xidmətlərin satın alınmasını reallaşdırıb. Bunun müqabilində isə 445 min 450 manat ödəyib.

Azərbaycan Qida Təhlükəsizliyi Institutu (AQTI) da ötən il yük daşınma xidmətlərinin satın alınması məsələsində “AZCARGO LOGISTICS AND MANAGEMENT SERVICES” MMC ilə anlaşıb. Burada 9.870 manatlıq müqavilə bağlanıb. Keçən ilin sonuncu belə razılaşması isə Dövlət İmtahan Mərkəzi ilə olub. Belə ki, təmizlik (cleaning) xidmətinin satın alınması məqsədiylə keçirilən tenderin qalibi olan MMC, 79 min 296 manat dəyərində iş görməyi öhdəlik götürüb.

Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzi bu ilin aprelində də sözügedən şirkətlə anlaşma imzalayıb. Lakin bu tenderin nəticəsi etender.gov.az saytında yerləşdirilməyib. “AZCARGO LOGISTICS AND MANAGEMENT SERVICES” MMC, Dövlət İmtahan Mərkəzi ilə yüklərin daşınması məsələsində 25 min 960 manatlıq müqavilə imzalayıb.

Araşdırma zamanı o da məlum olub ki, bu şirkət daha çox “188” yükdaşıma şirkəti olaraq tanınır. Üstəlik, götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ən çox məhkəməyə verilənlər sırasındadır. Məsələn, internet mənbələrində ötən il ərzində şirkətin ən az 5-6 dəfə məhkəməyə verildiyinə dair məlumatlar var. Məhkəməyə verilənlər arasında “İlk Media” şirkətinin rəhbəri, “Bozbaş Picture” layihəsinə rəhbərlik edən İlkin Həsənli də vardır.

Maraqlıdır ki, bu qədər məhkəməyə verilən və reputasiyası aydın olmayan bu şirkətə dövlətin önəmli qurumlarının maraq göstərmələrinin səbəbi nədir? Xatırladaq ki, “Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildən qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məhmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur.