"Lənkərandakı yollardakı acınacaqlı vəziyyət"

Lənkəranda son vaxtlar insanları ən çox narahat edən, gediş-gəliş üçün yararsız hala düşən yollardır

"Lənkərandakı yollardakı acınacaqlı vəziyyət"

Lənkəranda son dövrlərdə insanları ən çox narahat edən problemlərdən biri, gedis-gəliş üçün yararsız hala düşmüş yollardır. Asfaltı dağılmış, bərbad vəziyyətdə olan, üstü çuxurlu və palçığı dizə qalxan yollar illərdir ki, rayonda aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır. Bu problemlərin mövcudluğu əsasında yerli məmurların verdiyi yalan vədlər və əhalinin üzərinə düşən biganəlik dayanır.

Məsələ burasındadır ki, rəsmi şəxslər Lənkəranda bütün yolların rahat olduğunu iddia edirlər, lakin əhalinin yaşayış bölgələrində vəziyyət tamamilə fərqlidir. Rayonun bəzi kənd yollarında artıq hərəkət etmək təhlükəlidir. Kərgilan kəndinin yolu daha acınacaqlı vəziyyətdədir. Bir az yağış yağanda, burada gölməçələr yaranır, yol keçilməz hala gəlir. Payızın palçığı, yazın toz-torpağı isə yola çıxanları çətin günlərə salır. Çuxurlarda nəqliyyat vasitələri tez-tez sıradan çıxır. Ümumilikdə, bu yollar heç bir tələbə cavab vermir və onların təmirinə ciddi ehtiyac vardır.

Lənkəranda yol bəlalı bir kənd olan Xanbulandadır. Bu kənddə islak yolda baş vermiş sürüşmə hadisəsi nəticəsində yol yararsız hala düşüb. Burada baş verən qəzalar hər an labüd hal alır. Xüsusilə, yağışlı havalarda avtomobillərin idarə olunmasını itirməsi və arzuolunmaz qəza hadisələrinin baş vermə ehtimalı artır. Ancaq yolu qaydaya salmaq aidiyyəti qurumları heç narahat etmir. Silavar kəndi sakinləri də yoldan narazıdır. Onlar "18-ci məhəllə" adlanan ərazidə avtomobillərin hərəkət etməsinin mümkün olmadığını bildirirlər. Bunun səbəbi, məhəllədən keçən yolu kəndin əsas yoluna birləşdirən hissədə bir-birinin olmamasıdır. Yağışlı günlərdə bu ərazidə piyadaların hərəkəti üçün də çətinliklər yarana bilir. Dəfələrlə burada piyadaların da yıxılma halları baş verib.

Lənkəran şəhərinin özündə olan bərbad küçələr artıq sayını itirib. Şəhidin Xiyabani 46/18 ünvanında yerləşən küçə yollarında son dövrlərdə yaranan çuxurlara yağış suları dolur, nəticədə nəqliyyat və piyadaların hərəkəti çətinləşir. Heydər Əliyev küçəsi, Kiçik Bazar məscidinin yanındakı dördmərtəbəli binanın yerləşdiyi yollar da dağılıb, amma hələ də təmir olunmur. Sayı bilinməyən çuxurlar istər yağışlı, istərsə isti günlərdə hamısı gedis-gəliş üçün problem yaradır. Şəhərdə dağılaraq yararsız hala düşən küçələrdən biri Məhmməd Səd Ordubadinin adınadır.

Yerli sakinlər isə bildirirlər ki, Prezidentimizin olduqca müdrik, öz xalqını sevən, gecə-gündüz onların xoş güzəranı naminə çalışan bir rəhbərdir. Lakin yerli məmurlar xalqı tamamilə unudub, özlərindən başqa heç kimi düşünmür. Nəticədə, rayonda həlledici olan sosial məsələlər get-gedən qalıb. Bunlardan ən əsası isə illərdir yolların təmirsiz qalmasıdır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
hurriyyet.az