"Azərbaycan Təyyarə Qəzası: Faciə və Araşdırmalar"

 Dekabr ayının 25-də ölkə başçısı İlham Əliyev təyyarə ilə Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan zaman Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması barədə məlumat almışdır

"Azərbaycan Təyyarə Qəzası: Faciə və Araşdırmalar"
Dekabr Ayının 25-i: Təyin edilmiş Tarix Dekabr ayının 25-də ölkə başçısı İlham Əliyev tayıyarə ilə Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçarkən, Bakı-Qrozni istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat almışdır. Qəzadan dərhal sonra, Bakıya qayıtmaq qərarı verən ölkə başçısı, Bakıda hava limanında operativ müzakirə keçirmişdir. Matəm Elanı və Dini İbadətlər Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilmişdir. Həmin gün ölkədəki bütün məscidlərdə və digər dini ibadət yerlərində qəzada həlak olanların xatirəsi yad edilmiş, dini mərasimlər keçirilmişdir. Yüzlərlə insanı sarsıdan qəzada, təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuşdur. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin sücaəti sayəsində 29 sərnişin sağ qalmışdır. Dəfn Mərasimi və Prezidentin İştirakı Dekabrın 29-da təyyarə qəzasında həlak olan üzvlərin dəfn mərasimi II Fəxri xiyabanda keçirilib. Həlak olan sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər. Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəzada həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etmiş və onların ailə üzvlərinə başsağlığı vermişlər. Təyyarənin Qəzaya Uğraması Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək, təyyarə qəzası ilə bağlı detalları paylaşmışdır. O, bildirib ki, son versiyanı qara qutular açıldıqdan sonra müəyyən etmək mümkün olacaq. Lakin ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar göstərir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qrozni şəhərinin yaxınlığında xaricdən zədələnmiş və idarəetməni demək olar ki, itirmişdir. Prezident, təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını qeyd edib. Rusiyanın Versiyaları Prezident İlham Əliyev vurğulayıb ki, yerə düşən atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-desik olması, mühərrikə qus düşməsi versiyasını tamamilə gündəlikdən çıxarır. Eyni zamanda, Prezident Rusiyanın bəzi dairələrinin bu versiya üzərində dayanmağı üstün tutduğunu, bəzi rəsmi qurumların qaz balonunun partlaması ilə bağlı versiyalar irəlilədiyini qeyd edib. Bu halın Rusiya tərəfindən məsələni ört-basdır etmək cəhdi olduğunu söyləyib. Başqa sualların hələlik açıq qaldığını bildirən dövlət başçısı, qara qutular açıldıqdan sonra məsələnin tam təfərrüatlarının üzə çıxacağını vurğulamışdır. Agarəhim Baxisov – Dövlət İdarəçilik Akademiyası