Şəhid övladlarına Yeni il şənliyi keçirilib!

27 dekabr Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayında şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub

Şəhid övladlarına Yeni il şənliyi keçirilib!

27 dekabr 2024-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayında şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub.

Arazmedia.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov, Sura üzvləri, şəhid ailələri və qazilər iştirak edib. Tədbir Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və 25 dekabr tarixində təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra, Ümummilli Lider Heydər ƏliyevAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı qısa videoçarx nümayiş olunub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov çıxış edərək, şəhid və qazi ailələrini 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2025-ci il münasibətilə təbrik edib. O, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açdı.

2024-cü ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirən Mikayilov, 7 fevral tarixində xalqımızın cənab İlham Əliyevi Prezident seçməsinin əhəmiyyətini qeyd etdi. O, cənab Prezidentin Sərəncamı ilə 2024-cü ilin Yasil Dünya adının Həmrəylik ili kimi tarixə düşdüyünü vurğuladı. Qeyd etdi ki, ölkəmizin bütün ərazisində ekoloji mühit qorunmuş, yaşıllıq sayı artmış və minlərlə ağac əkilmişdir. Bu da vətəndaşlarımızın sağlamlığına xidmət etmişdir.

Noyabr ayında keçirilən COP29 beynəlxalq tədbirinin respublikamızın və xalqımızın dünyada siyasi çəki və nüfuzunu artırdığını vurğulayan Mikayilov, 2025-ci ilin xalqımız və dövlətimiz üçün daha uğurlu il olacağını söylədi.

Tədbir Yeni il şənliyi ilə davam edib. Santa Claus, Qar Qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlarla uşaqların sevincinə səbəb olub. Şənlik mahnı və rəqslərlə davam etdirilib. Sonda uşaqlara Yeni il hədiyyələri təqdim olunub.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımevə öz təşəkkürlərini bildirdilər.

Mənbə: Qaradagda şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub