SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5073_h-s-n-pezuk-btq-uzr-lokomotiv-v-vaqon-d-st-yini-ar

REGİON

Hamısı

Həsən Pezük: “BTQ üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik”

(2 Yil, 2 Ay öncə) 1,00 B İzlenme 0 Yorum
Həsən Pezük: “BTQ üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik”

ÜMİDTV :   “Bakı-Tiblisi-Qars (BTQ) dəmiryolu xətti ilə açıldığı 3 il ərzində təxminən 900 min ton yük daşınıb. Türkiyə Respublikası Dövlət Dəmiryolları (TCDD Transportation) bu xətt üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik”.

Bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Birliyinin İşçi Qrupun iclasında "TCDD Transportation"ın Baş direktoru Həsən Pezük deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının qarşısını almaq üçün ölkələrarası keçidlərin məhdudlaşdırılmasının bütün dünyada tədarük zəncirinə mənfi təsir göstərib və bu dövrdə quru yolları ilə daşımalardan dəmir yoluna ciddi yük axını olub. Xüsusi ilə quru yollarında alınan tədbirlər və məhdudiyyətlər ilə beynəlxalq dəmir yolu yük daşımalarında artıma səbəb olub:

“Artan bu tələblərin ödənilməsi və tədarük zəncirinin pozulmaması üçün beynəlxalq dəmir yolu yükdaşımaları üzrə Baş Direktorluğumuz tərəfindən lazımi tədbirlər görülüb. Bu çərçivədə bütün dəmir yolu sərhəd qapılarımızda vaqon keçidləri insan təması olmadan həyata keçirilməyə başlanıb və tələb olunan dəmir yolu sərhəd keçidlərində tutum artımı təmin edilib. Bu gün ölkəmizdən keçən blok qatarlarla BTQ xəttində Avropanın bir sıra ölkəsinə, İrana, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiya və Çinə yük daşıyırıq”.

H.Pezük bildirdi ki, Orta Koridor, Türkiyənin liman əlaqələri sayəsində Asiyadakı yük daşımalarının Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi bölgəsinə çatması üçün əhəmiyyətli imkanlar təqdim edir: "Bundan başqa, dəmir yolu və dəniz nəqliyyatının birlikdə istifadə olunduğu liman bağlantılı kombinə edilmiş şəkildə həyata keçirilən ixracat yüklərimiz fərqli ölkələrə intensiv şəkildə davam edir.

Dünyanın 60-dan çox ölkəsini, 4,5 milyard insanı və dünya iqtisadiyyatının 30 %-ni əhatə edən Orta Koridor böyük logistik və nəqliyyat potensialına sahibdir. Bu xətt, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə qısa müddətdə Ukraynaya və digər Avropa ölkələrinə tranzit yolu ilə ən sürətli və iqlim baxımından ən uyğun marşrut kimi ön plana çıxır”.

Marmaray keçidi, Orta Dəhliz və BTQ dəmir yolu xətti ilə Avropaya fasiləsiz dəmir yolu nəqliyyatının təmin edildiyini xatırladan H. Pezük, bunun dünya logistikasında çox vacib olduğunu deyib.

H.Perzük bildirib ki, bu gün keçirilən İşçi Qrupun iclasının əsas məqsədi Transxəzər marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabət qabiliyyətinin daha da artırılmasıdır: "Buna nail olacağımıza ümid edirik".

Qeyd edək ki, Pasifik Avrasiya, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukraynadan üzv dəmir yolu şirkətlərinin, həmçinin Polşa və Rumıniyadan dəmiryolu şirkətlərinin rəsmilərinin video konfransla qatıldığı (ZOOM) TITR işçi qrupunun iclası İstanbulda keçirilir.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı