SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4726_bir-q-lbd-iki-can-turkiy-az-rbaycan

REGİON

Hamısı

Bir qəlbdə iki can - Türkiyə Azərbaycan

(2 Yil, 1 Ay öncə) 1,12 B İzlenme 0 Yorum
Bir qəlbdə iki can - Türkiyə Azərbaycan

ÜMİDTV:      Türkiyə və Azərbaycan deyəndə Umummili Lider Heydər Əliyevin məşhur kəlamı yada düşür: “Bir millət, iki dövlət “ bu müdrük deyim həyata, tarixə və gələcəyə hesablanıb. Biz bunu tarixin bütün dönəmlərində görsək də, ikinci Qarabağ savaşında bir daha hiss etdik Türkiyə müharibənin ilk günlərində bizim haqq işimizə dəstək verdi. İki qardaş dövlətin liderlərinin yüksək iradəsi 
qələbəmizdə mühüm rol oynadı.

Müharibədə 3-cü tərəfin müdaxiləsinin qarşısı alındı.Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın çox qətiyyətli mövqeyi və birmənalı kəskin bəyanatları buna imkan vermədi və nəticədə Azərbaycan öz göbəyini özü kəsdi. Erməni faşizminin beli qırıldı.Ermənistan kaputilyasıya aktını imzalamağa məcbur oldu. Biz nəyin şahidi olduq? Əlbəttə Türkiyənin dünya  miqyasında bir güc mərkəzi olduğunu hətta, Rusiya lideridə etiraf etdi ki, münaqişənin sona çatmasında Türkiyənin müstəsna rolu oldu. Nəticədə biz onun şahidi olduq ki, ölkəmizdə münaqişə
zonasına nəzarət üçün, Rusiya, Türkiyə monitorinq mərkəzi yuaradıldı və bu mərkəz indi səmərəli fəaliyyət göstərir.

Pilotsuz uçuş aparatları vasitəsilə razılaşmaya necə əməl edilməsi izlənilir. Bundan başqa, Türkiyədən yüzdən çox mütəxəssis Azərbaycana ezam olunub.İki qardaş ölkə arasında maddi,texniki əməkdaşlıq davam edir, oradan müasir texnikalar alınıb gətirilib. Regionun inkişafı 
üçün heç bir fikir ayrılığı yoxdur.

Əməkdaşlıq qarşılıqlı ticarət komunukasiyalarının açılması yeni 
nəqliyyat dəhlizinin yaradılması, hər iki ölkənin inkişafına yeni nəfəs verəcək. 
Türk şirkətləri artıq Qarabağın yenidən qurulması işlərinə cəlb olunub.İki ölkə arasında yeni kontraktlar imzalanıb,hərbi əməkdaşlığımız günü-gündən möhkəmlənir, yüksək səviyyəli hərbi təlimlər ordumuzun peşəkarlığını daha da artırır.

Cənab Prezidentimiz bəyan edib ki, Azərbaycanda döyüşkən türk ordusunun kiçik modeli yaradılmalıdır və yaradılacaq.
Ermənistanın qardaş Türkiyəyə qarşı iddiaları əsassızdır. Türkiyə bizimlə həmrəylik göstərərək , Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədləri bağlamışdır. Artıq post müharibə dövrüdür və Azərbaycan işğaldan qurtardığı ərazilərin bərpasına başlayıb. Ona görə də yeni reallıqda ölkəmizin lideri Türkiyə-Ermənistan əlaqələrinin yeni müstəvidə inkişafına normal yanaşır, əlbəttə regionda sülh və əməkdaşlıq naminə.


Biz Türkiyə ilə həm yaxşı günün, həm də dar günün dostuyuq. Bu dostluq sarsılmazdır!


Yardımlı rayon sakini Ələsgər Cəfərov

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı