REGİON

Hamısı

İntihara cəhd edən 23 yaşlı oğlan xilas edildi

(3 Gün, 5 Saat öncə) 618 İzlənmə
İntihara cəhd edən 23 yaşlı oğlan xilas edildi

Bu gün axşam saatlarında Zaqatalanın Mamrıx kəndində intihara cəhd hadisəsi baş verib.
Kənd sakini 1997-ci il təvəllüdlü Elşad Rasim oğlu Ramazanov kəndin ərazisində quraşdırılmış mobil rabitə qülləsinin üstünə çıxaraq özünü atmaq istəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

E.Ramazanovla aparılan psixoloji danışıqlar nəticəsində onu intihar etməkdən yayındırmaq mümkün olub. O, müayinə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. /APA


BIST
1314-0,76
ALTIN
465,387-0,04
EURO
9,31403,07
DOLAR
7,87753,35
Arxiv
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 10 şəxs qatıldı