SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4979_az-rbaycanda-ot-n-il-392-v-t-ndasin-pozulmus-man-t

İQTİSADİYYAT

Hamısı

Azərbaycanda ötən il 392 vətəndaşın pozulmuş əmanətçi hüququ bərpa edilib

(2 Yil, 1 Ay öncə) 905 İzlenme 0 Yorum
Azərbaycanda ötən il 392 vətəndaşın pozulmuş əmanətçi hüququ bərpa edilib

ÜMİDTV:     2020-ci ildə Azərbaycan Mərkəzi Bankına (AMB) istehlakçılardan və investorlardan ümumilikdə 18 133 müraciət daxil olub.

AMB- xəbər verir ki, onlardan 15 655 müraciət bank sektoruna, 2 262 müraciət sığorta sektoruna, 216 müraciət isə qiymətli kağızlar sektoruna aid olub.

İl ərzində nəzarət subyektlərinə ümumilikdə 372 icrası məcburi göstəriş verilib. Bunlardan 186 göstəriş bank sektoru üzrə, 117 göstəriş sığorta sektoru üzrə, 69 göstəriş isə qiymətli kağızlar sektoru üzrə olub. 

Görülən tədbirlərin nəticəsi olaraq “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmana uyğun hesablanmış kompensasiyanın bir hissəsinin – 92,8 min manatın 59 vətəndaşa geri qaytarılması, 19 vətəndaşın müraciəti üzrə daşınmaz və daşınar əmlakların girovdan azad edilməsi barədə müvafiq tədbirlər görülüb, AMB-yə müraciət etmiş 392 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub.

Eyni zamanda, 35 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülüb. Bununla yanaşı, 2020-ci il üzrə ümumilikdə 1 milyon manat məbləğində sığorta ödənişinin zərərçəkmiş şəxslərə ödənilməsinə nail olunub. Qiymətli kağızlar sektoru üzrə isə 43 inzibati xəta haqqında protokol tərtib edilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı