SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2569_-bank-btb-ozunum-sgulluq-proqrami-c-rciv-sind-hali

İQTİSADİYYAT

Hamısı

“Bank BTB” özünüməşğulluq proqramı çərçivəsində əhaliyə dəstəyini davam etdirir

(3 Yil, 4 Ay öncə) 655 İzlenme 0 Yorum
“Bank BTB” özünüməşğulluq proqramı çərçivəsində əhaliyə dəstəyini davam etdirir

“Bank BTB” əhalinin həssas qruplarına daim dəstək olaraq özünüməşğulluq proqramı çərçivəsində aktiv fəaliyyətini davam etdirir.

Belə ki, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq, onların əmək bazarına inteqrasiyasına dəstək olmaq məqsədilə “Bank BTB” özünüməşğulluğa dəstək proqramı çərçivəsində bu dəfə də fərqli sahələrdə fəaliyyət göstərən yeddi aztəminatlı ailəyə öz seçimlərinə uyğun olaraq zəruri ləvazimatlarla yardım edib. Beləliklə, proqramdan bəhrələnənlər fiziki məhdudiyyətli, məcburi köçkün və aztəminatlı şəxslər olmaqla Salyan, Qəbələ, Yardımlı, İmişli, Lerik rayonlarının, Bakının Qaraçuxur və Sulutəpə qəsəbələrinin sakinləridir.

Həmin şəxslərdən Behbudova Hədiyyə və İsmayıllı Əminə gözəllik salonu, Hadıyeva Aygün, Zairli Təbriz, Cavadova Nəzakət və Tağıyeva Hicran dərzilik, Canməmmədov Rüfət bərbərlik fəaliyyəti istiqamətində kiçik bizneslərini qurmaq məqsədilə “Bank BTB”dən avadanlıqlarla təmin edilib.

Qeyd edək ki, “Bank BTB” sadiq qaldığı Korporativ Sosial Məsuliyyət çərçivəsində 2020-ci ilin yazından fəaliyyətə başlayan özünüməşğulluq proqramına qoşulmaqla 16 vətəndaşa dəstək olub, bundan sonra da bu kimi təşəbbüslərini davam etdirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, “Bank BTB” 2010-cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər “Bank BTB”nin onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb)  və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055-300-09-46 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün müştərilərin xidmətindədir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı