SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1630_az-rbaycanin-m-hsullarinin-ixrac-olundugu-olk-l-r-

İQTİSADİYYAT

Hamısı

Azərbaycanın məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb

(3 Yil, 4 Ay öncə) 2,70 B İzlenme 0 Yorum
Azərbaycanın məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dollarını təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 22 faiz azalıb.

Bu dövr ərzində ölkədən 10 milyard 6,8 milyon dollar həcmində məhsul ixrac edilib (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10 faiz azalma) ki, bu ticarət dövriyyəsinin 56,1 faizini təşkil edən. İdxalın həcmi 7 milyard 823,5 milyon dollar təşkil edib (38,7 azalma), bu da ticarət dövriyyəsinin 43,9 faizidir. 

ÜmidTv xəbər verir ki, Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ixrac edilən məhsulların həcmi idxal olunan məhsulların həcmini üstələyib və nəticədə 2 milyard 183,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə isə 18,2 faiz azalaraq 1 milyard 282,4 milyon dollar təşkil edib.

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

İxracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsullarının ixracının 37,9 faizi Rusiyaya, 19,6 faizi Türkiyəyə, 12,9 faizi İsveçrəyə, 7,8 faizi Gürcüstana, 2,6 faizi Çinə, 2,3 faizi Ukraynaya, 1,8 faizi İtaliyaya, 1,6 faizi İrana, 1,5 faizi - Qazaxıstana, 1 faizi - Belarusa, 0,9 faizi - ABŞ-a, 0,9 faizi - Türkmənistana, 0,9 faiz - Almaniyaya həcmində qeyri neft-qaz məhsulları ixrac edilib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,4 faizi Türkiyə, 13 faizi Çin, 6,7 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Fransa, 4 faizi Ukrayna, 3,9 faizi İtaliya, 2,8 faizi Böyük Britaniya, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 21 faizi isə digər ölkələr ilə aparılmış əməliyyatlarının payına düşüb.

Nigar Məmmədova


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı