SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3334_su-ehtiyatlarindan-s-m-r-li-istifad-il-bagli-hesab

İQTİSADİYYAT

Hamısı

Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı hesabat hazırlandı - Prezidentə təqdim ediləcək

(2 Yil, 3 Ay öncə) 880 İzlenme 0 Yorum
Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı hesabat hazırlandı - Prezidentə təqdim ediləcək

ÜMİDTV:       “Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması vacib məsələ kimi qarşımızda dayanır. Hazırda aidiyyəti qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su təsərrüfatı obyektlərində nəzarətdənkənar istifadənin aradan qaldırılması, inventarlaşdırmanın aparılması, uçotun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür”.

Bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Kür çayı boyunca və digər su hövzələrində monitorinqlər aparılıb, yüzlərlə belə nəzarətdənkənar qoşulmalar aşkarlanıb:

“Bunların böyük hissəsi aradan qaldırılır, amma bu iş davam edir və hesab edirəm ki, davamlı aparılmalıdır. İtkilərin azaldılması üçün nəzarətdənkənar, uçotdankənar istehlakın qarşısı birmənalı alınmalıdır. Əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılmışdır, əlavə 31 cihaz quraşdırılacaqdır.

Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır. Bu ayın sonunadək bizim bütün su anbarlarımızda, çaylarımızda müasir cihazların quraşdırılması başa çatdırılacaq və biz dəqiq uçota malik olacağıq”.

“Eyni zamanda, bu cihazlar birbaşa elektron su təsərrüfat sisteminə birləşərək insan amili də aradan qaldırılacaq və biz dəqiq biləcəyik ki, harada nə qədər su axır və hansı hallarda nə qədər suyumuz var.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı görülən işlər barədə geniş hesabat hazırdır və yaxın günlərdə daha geniş formatda Sizə təqdim olunacaqdır”, - deyə o qeyd edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı