SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3878_az-rbaycanda-pensiyalar-n-q-d-r-artacaq-aciqlama

İQTİSADİYYAT

Hamısı

Azərbaycanda pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

(2 Yil, 3 Ay öncə) 1,22 B İzlenme 0 Yorum
Azərbaycanda pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

ÜMİDTV:     Bu il bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində təqaüdçülərin pensiyaları indeksləşdiriləcək. Bu proses hər il olur. Fevral ayının ödənişi aparılan zaman vətəndaşlar pensiyanı yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında qeyd olunub.

İndeksasiya prosesinin 1 yanvar tarixindən hesablanması nəzərdə tutulub.

Maraqlıdır ki, pensiyaçılar dedikdə hansı kateqoriya nəzərdə tutulur? İndeksasiya hansı meyarlara görə aparılır? Pensiyalar ümumilikdə nə qədər artacaq?

Bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq pensiya hər il bir dəfə olmaqla orta əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir: "Bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən təxminən fevral ayında açıqlanır. Uçot qaydalarına uyğun olaraq orta əməkhaqqı ilə bağlı məlumatların toplanılması və Statistika Komitəsinə ötürülməsi bir ay gecikir.

12 aylıq nəticələri komitə açıqlayanda 11 aylıq orta əməkhaqqı göstəriciləri öz əksini tapır. Yanvar ayı üçün açıqlanan hesabatda 2020-ci ildə orta aylıq əməkhaqqının hansı faizlərlə artması nəzərə alınır. Buna uyğun indeksasiya gedəcək. Gözlənilən bundan ibarətdir ki, təxminən pensiyanın artım məbləği 12 faiz ətrafında olacaq. Bu, bütün növ pensiyalara tətbiq ediləcək.

Azərbaycanda 3 növ pensiya var. Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya mövcuddur. Təxminən 1 milyon 270 min ölkə vətəndaşı və ya hər 8 nəfərdən biri müvafiq indeksasiya prosesində öz pensiyalarının müəyyən həcmdə artmasını müşahidə edəcəklər".

Mövzu ilə bağlı ARB24-ün hazırladığı materialı təqdim edirik:


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı